“Türkiyədə baş vermiş dağıdıcı zəlzələ fəlakətindən sonra əksər dünya ölkələrindən gələn müxtəlif növ dəstəklər bir həqiqəti ortaya çıxardı ki, dünya hələ də insanlığını itirməyib. Zəlzələ Türkiyənin geosiyasi durumunu dəyişmək gücünü ortaya qoydu”.
Bu fikirləri Elchi.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov söyləyib.
“2023-cü ili Türkiyə Cümhuriyyətinin 100 illiyi olaraq ciddi dəyişikliklərə hazırlandığı bir il kimi illər öncəsindən gözləntilər olduğu halda hesab edirəm ki, uca Tanrı bunun həqiqətən də belə olduğunu heç kimin gözləmədiyi bir şəkildə sübut etdi. Bu il həqiqətən də ağır da olsa, özəl il oldu. Olan oldu, əsas məsələ bu özəlliyi yaxşı istiqamətə çevirməyi bacarmaq olmalıdır.
Yardım edən ölkələr arasında Türkiyəni özünə düşmən hesab edən və ya ən azı Türkiyəni özünə dost hesab etməyən ölkələr də var. Türkiyəni əzəli düşmən bilən Yunanıstan, Ermənistan kimi ölkələrin rəhbər şəxslərindən, xarici işlər nazirlərinin Türkiyəyə səfərləri onu göstərdi ki, bu ölkələr də düşmənçilikdə maraqlı deyil. Türkiyə hesab edirəm ki, bu tendensiyanı davam etdirməlidir. Bütün qarşıdurma ritorikası yığışdırılmalıdır. Mümkün qədər xoş məram nümayiş etdirilməli, hətta İsveç və Finlandiyanın NATO üzvlüyünə razı olunmalıdır ki, üzərindəki təzyiqləri heçə endirə bilsin. Bu, bir tarixi məqamdır. Alınmadığı təqdirdə düşmənçilik həmişə etmək olar. Türkiyə bu tarixi məqamdan güclənərək çıxmalıdır”.
Yeganə






