Türkiyə parlamentinin sədri Numan Kurtulmuş İsveçin NATO-ya üzvlüyünü təsdiq edən qanun layihəsini imzalayıb. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Qeyd olunur ki, o, qanun layihəsini də baxılmaq üçün komissiyaya təqdim edib.
2022-ci ilin mayında İsveç və Finlandiya alyansa qoşulmaq üçün müraciət etdilər. Artıq 4 aprel 2023-cü ildə Finlandiya hərbi bloka üzv oldu, lakin Ankara İsveçin terrorla mübarizə üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbindən onun üzvlüyünə mane olub.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə parlamentinə İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolu ratifikasiya etməyi təklif edib.
Havar Şəfiyeva






