Türkiyə Milli Futbol Komandası Latviyanı 4:0 hesabı ilə məğlub edərək Almaniyada keçiriləcək UEFA 2024 Avropa Futbol Çempionatında (AVRO 2024) iştirakını təmin edib.
Elchi.az xəbər verir ki, Türkiyə Milli Futbol Komandası UEFA 2024 Avropa Çempionatının (AVRO 2024) seçmə mərhələsinin D qrupunun yeddinci oyununda Konyada Latviya ilə qarşılaşıb.
Yığma 58-ci dəqiqədə Yunus Akgün, 81-ci və 90+2-ci dəqiqələrdə Cenk Tosun və 88-ci dəqiqədə Kerem Aktürkoğlunun vurduğu qollarla Latviyanı 4:0 hesabı ilə məğlub edərək Avro-2024-də iştirakını təmin edib.
Türkiyə D qrupunun 8-ci və son oyununda noyabrın 21-də səfərdə Uelslə qarşılaşacaq.
Nuranə Məmmədova






