Türkiyə taxıl müqaviləsi çərçivəsində Rusiyadan ərzaq və gübrə tədarükü ilə bağlı Moskvanın tələbləri ilə razılaşdı.
Elchi.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, taxıl sazişi davam etdirilməli və bundan sonra da həyata keçirilməlidir.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə hakimiyyəti Rusiya Federasiyasının taxıl müqaviləsi çərçivəsində Rusiya taxılının və gübrələrin tədarükü ilə bağlı tələblərini əsaslandırılmış hesab edir.
“Taxıl müqaviləsinin davam etdirilməsi və bundan sonra da həyata keçirilməsi vacibdir. Biz Rusiya Federasiyasının məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tələblərinin legitimliyini tanıyırıq”, – o, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi mətbuat konfransında deyib.
Çavuşoğlunun qeyd etdiyi kimi, taxıl müqaviləsi çərçivəsində Ukraynadan 27 milyon tondan çox ərzaq ixrac edilib. Diplomat qeyd edib ki, saziş ərzaq böhranının aradan qaldırılmasına böyük töhfə verir.
Şayəstə





