Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan administrasiyasının nümayəndəsi rusiyalı həmkarı Vladimir Putinlə yaxın gələcəkdə danışıqların mümkünlüyünü etiraf edib. Onun sözlərinə görə, söhbətin tarixi əvvəlcədən açıqlanmır. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Ölkələrimizin rəhbərləri və müvafiq idarələri daimi təmasdadırlar, dövlət başçıları arasında çox etibarlı əlaqələr qurulub”, – deyə o bildirib.
Agentliyin həmsöhbəti dəqiqləşdirib ki, hazırda iki dövlət liderlərinin şəxsi görüşü razılaşdırılır və yaxın vaxtlarda telefon danışıqları da baş tuta bilər.
Bundan əvvəl Ərdoğan taxıl dəhlizinin bərpası məsələsini müzakirə etmək üçün Rusiya prezidenti ilə görüşmək planlarından danışıb. O, Rusiya, Türkiyə və Qətər arasında Ankara vasitəsilə ehtiyacı olan Afrika ölkələrinə taxıl tədarükü ilə bağlı üçtərəfli razılaşma əldə etdiyini də vurğulayıb.
Havar Şəfiyeva






