Qərb ölkələrinin Ukrayna və Qəzza zolağındakı münaqişə ilə bağlı mövqeyi ikiüzlülüyün zirvəsidir. Elchi.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan “Hürriyyət” qəzetinə müsahibəsində deyib.
“Onlar fəzilət və əxlaq prinsiplərindən danışa bilməzlər. Onlara tamamilə məhəl qoymurlar. Mən görürəm ki, bütün bunlar nəhəng geostrateji uçurum üçün zəmin yaradır”, – deyə o, Qəzza və Ukraynada baş verənlərə görə Qərbin etibarını itirdiyini bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunu Qəzza zolağı ilə bağlı siyasətinə görə Üçüncü Reyxin füreri Adolf Hitlerə bənzədib.
Havar Şəfiyeva






