Qəzza zolağında yaranmış vəziyyət Türkiyənin İsveçin NATO-ya üzvlük ərizəsini təsdiq etməsini və ölkənin alyansa daxil olmasını çətinləşdirir. Elchi.az xəbər verir ki, bu barədə Türkiyənin “T24” nəşri məlumat yayıb.
Stokholmun alyansa daxil olması üçün Türkiyənin əsas tələblərindən biri də Ankara ilə Vaşinqton arasında danışıqların əsas mövzusu olan F-16 qırıcılarının ABŞ-a satışı ilə bağlı razılaşma olub.
“İsveçin üzvlüyü hələ oktyabrda parlamentin açılışı zamanı ratifikasiya edilməli idi. Amerika tərəfi Ankaraya bildirib ki, “arxa qapı” vasitəsilə Konqresi F-16 təyyarələrinin satışının zəruriliyinə inandıra bilib və İsveçin üzvlüyü təsdiqlənən kimi administrasiya satışla bağlı Konqresə məlumat verəcək”.
Qeyd edək ki, bundan əvvəl “Hürriyet” mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ Ankaraya F-16 qırıcılarının satışını təsdiqləyəcək vədinə əməl edərsə, Türkiyə İsveçin NATO-ya üzvlüyünü dəstəkləməyə hazırdır.
Havar Şəfiyeva






