“Dağlıq Qarabağ zonasında genişmiqyaslı hərbi əməliyyatlar istisna deyil. Ona görə də olduqca vacibdir ki,
beynəlxalq birlik bu problemi ikinci plana itələməsin. Bunu Rusiyanın öhdəsinə buraxmaq olmaz. Çünki Moskva münaqişəni sırf öz maraqları çərçivəsində çözmək istəyir”.
beynəlxalq birlik bu problemi ikinci plana itələməsin. Bunu Rusiyanın öhdəsinə buraxmaq olmaz. Çünki Moskva münaqişəni sırf öz maraqları çərçivəsində çözmək istəyir”.Musavat.com-un məlumatına görə, bu sözləri Brüsseldəki Avropa Siyasəti Mərkəzinin eksperti, tanınmış politoloq Amanda Pol münaqişə zonasındakı durumu şərh edərkən deyib. Onun sözlərinə görə, Minsk Qrupunun hazırkı formatı Rusiyaya sərf edir.
“Minsk Qrupunu nizamlama əldə eləməməkdə qınamaq olmaz. Ancaq istənilən halda bu format artıq köhnəlib. Onu təzələmək lazımdır. Proses genişlənməli və ona Türkiyə, İran cəlb olunmalıdır. Həmçinin, Avropa Birliyi aktiv rol oynamalıdır. ABŞ da nizamlamada öz rolunu artıraraq prosesə Moskvaya qarşılıq daha ciddi oyunçular cəlb eləməlidir”, – deyə politoloq vurğulayıb.



