Ankara ilə Moskva arasında münasibətlər və rəsmi iqtisadi tərəfdaşlıq möhkəmlənərsə, Vaşinqton Qərb şirkətlərinə Türkiyə ilə iqtisadi əlaqələrini kəsməyi və ya azaltmağı tövsiyə edə bilər.
Bu barədə adının açıqlanmasını istəməyən ABŞ rəsmisi “Politiko” qəzetinə danışıb.
“Biz Türkiyənin biznes və kapital axını üçün qlobal bir məkana çevrilməli olduğuna düşünürük. Amma Rusiya ilə daha sıx münasibətlər Türkiyənin bütün dünya ilə inteqrasiyasına risklər yarada bilər”, – o bildirib.
Adının çəkilməsini istəməyən türk rəsmisi isə Ankaranın ikinci dərəcəli sanksiyalar riskinindən xəbərdar olduğu və bəzi ölkələrin, xüsusilə də ABŞ-ın həddini aşdığını deyib.
“Türk şirkətləri bundan zərər görərsə, biz əlbəttə, reaksiya verəcəyik. Bu isə onlar üçün səmərəsiz olacaq”, – Türkiyə rəsmisi bildirib.
Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı
Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...





