
Türkiyənin Samsun limanında Rusiyanın 4 yük gəmisi saxlanıb.
Bu barədə Türkiyənin “Haber7” internet qəzeti məlumat yayıb.
Türkiyə KİV-ləri hadisənin təfərrüatları barədə ətraflı məlumat vermir. Lakin gəmilərin saxlanmasının Türkiyə-Rusiya münasibətlərinin son günlər gərginləşməkdə davam etməsi ilə bağlı olduğu istisna deyil.



