"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Türkiyə Səfirliyinin müşaviri: “ƏSLİM QƏRBİ AZƏRBAYCANDANDIR” – Müsahibə

29 Yanvar 2016 - 20:36
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı


Türkiyənin Azərbaycandakı Səfirliyinin mədəniyyət və tanıtma müşaviri Murat Karaçanta ilə müsahibə

 

– Murat bəy, ilk öncə oxuculara özünüz və qısa müddət ərzindəki fəaliyyətiniz haqqında məlumat verəsiniz.

-İlk öncə qeyd edim ki, Azərbaycan mənim öz vətənimdir.  Bura gəlməmişdən öncə, İzmir mədəniyyət və tanıtma şöbəsində işləmişəm. 2015-ci ilin oktyabr ayının 27-də mədəniyyət və tanıtma müşaviri vəzifəsinə təyin olunmuşam. Gəldiyim gündən bu günə qədər, bir sıra tədbirlər gerçəkləşdirmişik.

Oktyabr ayının 30-da ilin  böyük bəstəkarımız mərhum Vasif Adıgözəlovun 80 illik yubileyini qeyd etdik. Bilirsiniz ki, Vasif Adıgözəlov «Çanaqqala-1915» qəhrəmanlıq epopeyasını yazıb. Türkiyənin tanınmış sənət adamlarının iştirakı ilə böyük tədbir keçirildi. Orkestorun dirijoru bəstəkarın oğlu Yalçın Adıgözəlovun özü idi.<p”>

2014-cü ildə İndoneziyada İslam ölkələrinin mədəniyyət və turizm nazirlərinin birgə toplantısında Türkiyənin Konya şəhəri 2016-cı ilin islam ölkələrinin turizm və mədəniyyət şəhəri seçildi. Bu çərçivədə  Azərbaycanlı jurnalistlərin Konya səfərini reallaşdırdıq və orada keçirilən tədbirlərdə iştirak etdilər.

<p”>Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakıda 7-12 dekabr tarixlərində türk film günləri keçirildi. <p”>Daha sonra Azərbaycanın Milli Kulinariya Mərkəzinin (MKM) prezidenti  Tahir Əmiraslanovla birgə plov festivalına həyata keçirdik və üç çeşiddə plovla təmsil olunduq. <p”>Azərbaycan Diplomatiya Akademiyasında və Neft Akademiyasında Türkiyənin tanıdılması ilə bağlı stendlər açıldı.<p”>

2016-cı ildə kitab kampaniyasına start vermişik. Artıq kitabların bir hissəsi gəlib. Onları dövlət, uşaq və  ali məktəb kitabxanalarına payladıq.

<p”>Qarşıda Türkiyənin tanıdılması ilə bağlı yeni kampaniyaya start verəcəyik. Mart-aprel aylarında radio, televiziya internet saytlarında, həmçinin avtobuslarda yerlərdə geniş bir tanıdılma işləri aparılacaq. <p”>

7-9 aprel tarixində turizm sərgisi keçiriləcək. Türkiyənin bələdiyyə rəhbərləri bu sərgidə təmsil olunacaqlar.

Ondan sonra Gürcüstanda və Batumidə turizm sərgilərində iştirak edəcəyik.  <p”>Yaponlarla ortaq hazırladığımız “Ərtoğrul 1898” filminin Yaponiyanın Bakıdakı səfirliyi ilə qala gecəsini keçirəcəyik. Novruz bayramı ilə bağlı olaraq Bakıda, Naxçıvanda, Gəncədə, Şəkidə tədbirləri baş tutacaq. Türkiyədən sənət adamları dəvət olunublar.<p”>

–Azərbaycan mediasında Türkiyə ilə bağlı  çıxan məqalələr Sizi qane edirmi?

<p”>

-Təbii. Azərbaycan mediasının Türkiyəyə olan diqqəti məni qane edir. Səfirliyimizin mətbuat müşavirliyindən izləyirəm və görürəm ki, Azərbaycan mediası Türkiyəyə böyük diqqət ayırır.  Başqa cür ola bilməz. Hər zaman dəstək görürük. Biz “bir millət, iki dövlətik.”

–Əksər oxucularımız Sizin Azərbaycan türkü olduğunuzu bilmirlər.  Bu barədə nədeyə bilərsiniz?

-Bəli, mən Azərbaycan türküyəm. Əslən Qərbi Azərbaycanın Gümrü şəhərinin Qaraçanta kəndindənik. Bəy nəslindənik.   1920-ci ildən sonra bolşeviklərin işğalından sonra babamgilə təzyiqlər artmağa başlayıb. Babamgil dörd qardaş olublar. Babam Abbasqulu bəy  bolşevikərin zülmündən canını qurtulmaq üçün, 1930-ci ildə  Türkiyənin Qars şəhərinə köçüb. 3 qardaşı burada qalıb. Hal-hazırda onların nəvə və nəticələri yaşayırlar. Türkiyədə doğulmağımıza baxmayaraq, Azərbaycan mədəniyyətini, folklorunu yaşatmışıq.  Bilirsiniz ki, qardaşım Qarsın bələdiyyə başqanıdır. Eynilə, orada bu mədəniyyəti yaşadırıq və təbliğ edirik.

<p”>-Qarsın Azərbaycan üçün önəmi nədən ibarətdir?<p”>

-Bilirsiniz ki, Qarsda çoxlu sayda Azərbaycanlı yaşayır. Üstəlik, Qarsın bələdiyyə sədri Azərbaycan türküdür. Azərbaycanın Qarsda güclənməsi lazımdır. Ora yatırımlar qoyulmalıdır. Azərbaycan bələdiyyələri Qarsla qardaşlaşmalı və əməkdaşlıqlarını sürətləndirməlidirlər. Bildiyim qədər Mingəçevir şəhər bələdiyyəsi ilə belə qardaşlaşma  protokolu imzalanıb.

<p”>-Murat bəy, Azərbaycan və Türkiyə olaraq mədəniyyət sahəsində  hansı ortaq işləri gerçəkləşdirə bilərik?<p”>

-Yaponiya ilə ortaq etdiyimiz “Ərtoğrul 1898” filmini eynilə Azərbaycanla da həyata keçirtmək olar. Dünən bir rejissor gəlmişdi. Onunla maraqlı söhbətimiz oldu. <p”>Hesab edirəm ki, Azərbaycanın qurtuluşu ilə bağlı Nuru paşa və ya Çanaqqala tarixi ilə bağlı filmlər çəkməklə əlaqələrimizi  daha da gücləndirə bilərik.<p”>

Azərbaycanlı gənclərin Çanaqqalaya səfərini təşkil etmək olar.

Bu dəfə şəhərlərdən yox, ucqar kəndlərdə yaşayan gənclərə üstünlük veriləcək. Bu çox maraqlı layihədir. 2014-cü ildə keçirilən Türk mədəniyyət günlərini bu il keçirtmək olar. Nazirliyimizin layihəsi var. Türk yazarlarının baş dilləri çevrilməsidir.  <p”>Türk xalq oyunları ilə qrup yaratmaq istəyirik. Türkiyədən müəllim dəvət olunub, bunu tədris edə bilər.  Bunlar mənim gələcəkdə gerçəkləşdirmək istədiyim planlardır. Buna hər iki dövlətin tərəfin dəstəyi lazımdır.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Banklar QADAĞAYA keçdilər: kredit kartları donduruldu

Next Post

Tanınmış aşığın həyatı təhlükədə – ÇAĞIRIŞ

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Tanınmış aşığın həyatı təhlükədə - ÇAĞIRIŞ

Gömrük Komitəsindən “Duty free”dən alınan siqaret və içkilərlə bağlı açıqlama - FOTOLAR

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.