Rusiya və Ukraynadan taxıl daşıyan iki yük gəmisi Mərmərə dənizində toqquşub. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti Türkiyə sahil mühafizəsindəki mənbəyə istinadən məlumat yayıb.
Rusiya taxıllı Panama bayrağı altında üzən “Asomatos” gəmisi Qafqaz limanından İsrailə, Komor adalarının bayrağı altında üzən “Haje Halimeh” yükdaşıyıcısı isə İzmail limanından Ukrayna buğdasını İspaniyaya aparırdı.
Toqquşma Mərmərə adasının yaxınlığında baş verib. Heç bir itki qeydə alınmayıb.
Havar Şəfiyeva





