“Türk Hava Yolları”na məxsus yük təyyarəsi Qırğızıstanda qəzaya uğrayıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Honkonqdan Qırğızıstana uçan “Türk Hava Yolları”na məxsus “Boeing 747” yük təyyarəsinin Bişkek aeroportu yaxınlığında qəzaya uğraması nəticəsində 32 nəfər ölüb. Hadisə nəticəsində 4 nəfərin yaralandığı deyilir.
Təyyarə Bişkek aeroportunun ətrafındakı evlərin üzərinə düşdüyündən həlak olanların bir hissəsi yerli sakinlərdir. Ölənlər arasında yerli sakinlər və ekipaj üzvləri var.
Qırğızıstanın səhiyyə naziri Talantbek Batıraliev qəza yerindədir və xilasetmə işləri davam etdirilir.




