Avropa İttifaqı (Aİ) və Türkiyə Belçikada keçirilən sammitdə miqrasiya probleminin həll olunması ilə bağlı əsas prinsipləri razılaşdırıb.
Bu barədə `Twitter`də Avropa Komissiyasının rəsmi nümayəndəsi Mina Andreyeva bildirib.
`Avropa Komissiyasının sədri Jan Klod Yunker və Avropa Şurasının sədri Donald Tusk Aİ-nin sammitində Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə miqrantlarla bağlı böhranın birgə aradan qaldılmasına dair əsas prinsipləri razılaşdırıb`, – deyə qedy edilib.
Avropa Şurasının sədri Donald Tusk vurğulayıb ki, Aİ və ABŞ miqrant axının azaldılmasına dair razılaşıb. O, həmçinin bəyan edib ki, Aİ-yə gedən `balkan marşrutu` artıq bu vaxtdan bağlanılıb: `Avropaya qeyri-qanuni miqrasiya artıq sona çatdı`.




