Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında ikitərəfli əlaqələr son 2 ildə yeni ticarət və iqtisadi əməkdaşlıqlarla sürət qazanmağa davam edir.
Elchi.az xəbər verir ki, körfəz bölgəsinin mühüm ölkələrindən biri olan 9 milyon 500 min əhalisi olan Türkiyə ilə 1977-ci ilin aprel ayında başlayan BƏƏ-nin diplomatik əlaqələri xüsusilə son illərdə hər sahədə güclənməkdədir.
Türkiyə turizm və yüksək texnologiya kimi sahələrə, eləcə də zəngin neft yataqlarına investisiyaları ilə seçilən BƏƏ-nin ilk 10 ticarət tərəfdaşı sırasındadır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz səfəri çərçivəsində Səudiyyə Ərəbistanı və Qətərdən sonra bu gün BƏƏ-yə səfər edir.
AA müxbiri Türkiyə ilə BƏƏ arasında son 2 ildə artan səfərlərin ikitərəfli əməkdaşlıq və tərəfdaşlıq mövzusunda əksini toplayıb.
Şayəstə Hüseynova




