"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Türkiyə və İran arasında gərginlik artır

23 Fevral 2017 - 10:25
in XƏBƏR LENTİ

Türkiyə və İran arasında gərginliklərin artdığı müşahidə edilir. İki ölkənin diplomatları arasında söz müharibəsi Türkiyə və İranın regionda nüfuz uğrunda mübarizə apardığının göstəricisi hesab edilir.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“İran bizim mühüm qonşumuzudr. Biz İranla həmişə dialoq aparmışıq. Lakin bu o demək deyil ki, biz İranın regionda nüfuzunu artırmaq səylərinə əhəmiyyət vetrməyəcəyik”-deyə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalin bildirib.

O, mətbuat konfransı zamanı iki ölkə arasında üstüörtülü şəkildə təhdidlərə nümunə olacaq bir şəkildə İranın Ali dini rəhbəri Ayətullah Əi Xameneyinin əsas müşavirlərindən biri olan Əli Əkbər Vilayətinin açıqlamalarına cavab verib.

Vilayəti deyib ki, Türkiyə əsgərləri İraq və Suriyadan çıxmalıdır, ya da “onları oradan çıxaracaqlar”.

“Onlar ciddidir. Mən onu nəzərdə tuturam ki, İran və Türkiyə arasında rəqabət ciddidir. Hamı bunu bilir. Onlar elə bil kiçik bir otaqda iki fildir”-deyə Global Source Partners biznes məsləhət şurasında siyasi təhlilçi Atilla Yeşilada bildirir. “İran tamamilə aydındır ki, ekspansionist bir ölkədir. Onların məqsədi Tehrandan Livana qədər şiə çevrəsi yaratmaqdan ibarətdir. Bu, heç kim üçün sirr deyil. Ən azından Türkiyə perspektivindən”-deyə o qeyd edir.

Ekspertlər bildirir ki, dini məzhəbçilik şiə İran və əsas etibarilə sünni Türkiyə arasında gərginlikləri göstərir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özünü sünni müsəlmanların hüquqlarının müdafiəçisi kimi təqdim etməyə çalışır. O, İranı dini məzhəbçilikdə ittiham edir. Tehran bu ittihamı rədd edir. Bu ayın əvəli Ərdoğan Tehranın dəstəklədiyi Hizbullah qrupunu terrorçu təşkilat olmaqda ittiham edib.

Lakin Türkiyədə Ankaranın “çox uzağa getdiyi” ilə bağlı narahatlıqlar da səsləndirilir. Türkiyənin keçmiş yüksək səviyyəli diplomatı olmuş Aydın Selcen Ankaranın qarşıdurma mövqeyini yumşaltmalı olduğunu hesab edir. ”Bizim hərbi gücümüz nədir, xarici siyasətdə gücümüz, kəşfiyyat sahəsində gücümüz nədən ibarətdir? Biz regional qüdrətikmi? Bəli. Qobal səviyyədə qüdrətli dövlətikmi? Xeyr. Biz bütün bu problemləri özümüz həll edə biləcək bir regional gücükmü? Xeyr. Biz İran kimi başqa regional qüdrətlərlə işləməliyik”-deyə o bildirir.

Ərdoğan dəstək məqsədilə sünni ölkələrə üz tutub. Bu ay o, Səudiyyə Ərəbistanı və Körfəz ölkələrinə səfər edib. Müşahidəçilər danışıqların diqqət mərkəzində İranın nüfuzunun qarşısının alınması məsələsinin olduğunu deyir. Təhlilçilər ABŞ prezidenti Donald Trampın Ankaranın mövqeyinə təsir göstərə biləcəyini deyir.

“Trampın İrana qarşı əzələ nümayiş etdirməsilə Ankara bu antaqonizmi açıq müstəviyə gətirmək və Suriyada və İraqda uzun müddətdir davam edən münaqişəni nəhayət həll etmək üçün imkanı əldə etdiyini düşünə bilər”-deyə Atilla Yeşilada bildirir.

Lakin o xəbərdarlıq edir ki, Ankara bunun bədəlini ödəmiş ola bilər. Tehranın “başqasının əli ilə müharibə aparmaq ustası” olduğu halda Ankara üçün bu rəqabətin nəticələri təkcə Tehranla ticarətlə bitməyə bilər. Regional ekspertlər deyir ki, Tehran bölgədə kürdlərin üsyançı qrupu olan PKK və onunla əlaqəsi olan başqa qruplarla dil tapmağa çalışır.

“İran kürd kartından istifadə edə bilər. Türkyə İranı əvvəllər də PKK-ya sığınacaq vermək və yardım göstərməkdə ittiham edib. Lakin burada bir dilemma var. İranın özünün kürd azlıqla problemi var, buna görə də əli yana bilər”-deyə, Al Monitor vebsaytının siyasi şərhçisi Semih İdiz bildirir.

Təhlilçilər İran və Türkiyə arasında gərginliklərin iki ölkənin nüfuz uğrunda mübarizə aparmağa davam etməsi ilə artacağını gözlədiklərini bildirir (“Amerikanın səsi”).

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

ATƏT sədri BMT-də Qarabağdan danışdı

Next Post

Sahib Kərimli AXCP dosyesini açır: “Niyə Əli Kərimliyə qarşı çıxıram?”-VİDEO

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Sahib Kərimli AXCP dosyesini açır: “Niyə Əli Kərimliyə qarşı çıxıram?”-VİDEO

Generallar cəbhəyə getdi - Foto

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.