"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Türkiyə və Rusiya anlaşıb – Hələb Qarabağa dəyişdirilir…

09 Dekabr 2016 - 09:23
in aktual-banner, Banner, Cebhe-banner, XƏBƏR LENTİ

Bunu da oxuyun

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Türkiyə və Rusiya anlaşıb – Hələb Qarabağa dəyişdirilir...

Rusiya nəşrindən sensasion iddia; Moskva- Bakı- Ankara-İrəvan dördlü formatı yaradılır?; Mövlud Çavuşoğlunun Bakı, baş nazir Binəli Yıldırımın isə Moskva səfərlərinin detalları açılır; ekspert: “Ankara Moskvanı inandırmağa nail olacaq ki…”

 
Qarabağ mövzusu son günlər təzədən regional siyasi gündəmin ön sıralarına çıxmaqdadır. Məsələyə hazırda aktuallıq və ağırlıq verən isə konflikt ətrafında Türkiyə-Rusiya, Türkiyə-Azərbaycan və Azərbaycan-Rusiya münasibətləri kontekstində nəzərə çarpan yeni gəlişmələr, cərəyan edən proseslərdir.
Siyasi təhlilçilər Bakı-Ankara-Moskva “üçbucağı”nda həm də Dağlıq Qarabağ mövzusundan dolayı baş verənləri nəzərdən qacımırlar. Söhbət öncəliklə Rusiya xarici işlər naziri Sergey Lavrovun son Türkiyə səfəri, bu səfərdən dərhal sonra onun türkiyəli həmkarı Mövlud Çavuşoğlunun Bakı, onun ardınca isə baş nazir Binəli Yıldırımın 3 günlük Moskva səfərlərinə önəm verirlər.
***
 
Bu xüsusda Rusiyanın “Rosbalt” nəşrinin analitiki İrina Corbenadzenin “Qarabağı Hələbə dəyişdiririk?” başlıqlı məqaləsi diqqət çəkir. Təhlilçinin sözlərinə görə, son günlər Rusiya və Türkiyənin iştirakı ilə labirintli geosiyasi proseslər müşahidə edilməkdədir. Onun fikrincə, M. Çavuşoğlunun axırıncı Bakı səfərinə heç bir diqqət ayırmamaq da olardı, əgər aşağıdakı üç məqam olmasaydı:  “1. Səfər prezident Ərdoğanın Bəşər Əsədlə bağlı verdiyi son xoşagəlməz açıqlamaya dair rusiyalı həmkarı ilə izahatından sonraya təsadüf edir; 2. Sergey Lavrovla görüşdən dərhal sonra baş tutub; 3. Ərdoğanın ”Türk axını” ilə bağlı qanunu imzalaması ərəfəsinə düşüb”.
 
Məqalədə daha sonra deyilir: “Rəsmi məlumatlara görə, Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla Qarabağ nizamlaması da daxil, bütövlükdə regiondakı situasiyanı müzakirə ediblər. Azərbaycanlı nazir həmçinin iki ölkə arasında iqtisadi əməkdaşlığın, o sırada TANAP qaz kəməri layihəsi çərçivəsində əməkdaşlığın müzakirə predmeti olduğunu deyib. Rəsmi informasiyalar quru xarakter daşıyır. Lakin ekspertlərin olduqca maraqlı və detallı yanaşmaları var. Onların qənaətincə, Türkiyə XİN başçısı Bakıya heç də ”əliboş” gəlməyib, əksinə “tam əli dolu” səfər edib.
Image result for Putin Erdoğan
O sırada, politoloq Engin Özer Ankaranın Qarabağ nizamlanmasında köməyi kontekstində deyib: “Əhməd Davudoğlunun baş nazir postundan istefa verməsindən dərhal sonra Türkiyə tərəfi ”Hələb müqaviməti”ni dəstəkləməyi dayandırdı. Hamıya bəllidir ki, Hələb yaxın zamanlarda Əsəd qüvvələrinin nəzarəti altına keçəcək. Və zənnimcə, bununla bağlı da Ankara və Moskva arasında hansısa anlaşma olacaq. Daha dəqiqi, Türkiyə Əsədin Hələbə nəzarət eləməsinə mane olmayacaq, Rusiya isə öz növbəsində Qarabağ probleminin Bakının xeyrinə həllinə yardımçı olacaq”.
Məqalə müəllifi daha sonra Rusiyadakı Müasir Türkiyəni Öyrənmə Mərkəzinin rəhbəri Yuri Mavaşevin fikirlərinə yer ayırıb. O da Çavuşoğlunun Bakıya əliboş gəlmədiyini söyləyib: “Türkiyə və Azərbaycan XİN başçıları arasında budəfəki Qarabağ müzakirələri xüsusi məna kəsb edən bir xarakterdə olub. O, Lavrovla razılaşdırılmış bəzi təklifləri Bakıya izah edib”. Mavaşev Moskvanın Qarabağ nizamlanması ilə bağlı təşəbbüsünün Ankara tərəfindən dəstəklənməsini “ümidverici” adlandırıb: “Halbuki əvvəllər Türkiyə ATƏT-in Minsk Qrupuna və Rusiyaya sistematik şəkildə etirazlar bildirirdi. İndi baş verənlər isə mənim fikrincə, hansısa ”paket layihə”nin mövcudluğuna dəlalət edir – hansı layihədə ki, konfliktin həlli türk-erməni əlaqələrinin normallaşması ilə eyni kompleksdə nəzərdə tutulur. Belə görünür, yaxın perspektivdə biz Moskva- Bakı- Ankara-İrəvan formatının şahidi ola bilərik. Sadə dildə situasiyanı izah etsəm, indilikdə “başa baş” prinsipindən çıxış edilir: Türkiyə indi prinsipcə küncə sıxılıb. Ona Azərbaycanın və Rusiyanın köməyi lazımdır. Azərbaycan öz ərazisində bütün Gülənçiləri sıradan çıxarmaqla ona bu köməyi göstərə bilər. Bundan əlavə, Türkiyəyə TANAP layihəsinin tam həcmdə reallaşması gərəkdir. Bu, Ankaraya imkan verəcək ki, faktiki, onunla əlaqələri qırmış Avropa Birliyini cilovda saxlasın. Yəni söhbət təkcə Ərdoğanın Türkiyəni Azərbaycan və Rusiya qazı (“Türk axını”-red.) hesabına qaz xabına çevirmək yönündə ambisiyalarından yox, həm də Avropaya təsir edərək, onu ABŞ-dan ayırmaq planından gedir. Azərbaycan isə öz növbəsində Rusiya və Türkiyə iki məsələdə – Qərbin sevimli məşğuliyyəti olan  “rəngli inqilab”lardan yayınmaq və Qarabağ nizamlaması, bütövlükdə təhlükəsizliyin təmin olunması üçün lazımdır”.
Image result for Kreml
 
“Rosbalt”dakı məqalənin sonunda bir daha Türkiyə ilə Rusiya arasında mümkün Qarabağ anlaşmasına toxunulur: “Əgər Moskva və Ankaranın Qarabağ və Hələbə ”əl qatması” haqda informasiya doğrudursa, o zaman bu sövdələşməni böyük işarəli saymaq olar. Düzdür, Qarabağla bağlı bır sürü problemlər ortaya çıxacaq. Ancaq görünür ki, Türkiyə nizamlamada öz yerini ciddi şəkildə möhkəmlədib. İndi artıq o, birinci yerdə olmasa da – birinci yer Rusiyaya ayrılıb – axırıncı yerdə də deyil.
 
Əgər Qarabağ ixtilafı hər halda Bakının xeyrinə çözülərsə (bu haqda politoloqlar çoxdan danışır, amma Hələblə əlaqədə yox), bu, Ərdoğanın Güney Qafqazsa kiçik bir qələbəsi demək olacaq – əgər bunun qarşılığında Moskva Türkiyədən başqa əlavə məsələlərdə “anlaşma” tələb eləməzsə. Rusiyanın isə Cənubi Qafqaz da daxil (Azərbaycan kontekstində bu xüsusilə mühümdür) postsovet məkanında və Yaxın Şərqdə qələbəsi qat-qat böyük olacaq”.
***
Image result for Elxan Şahinoğlu
Azərbaycanlı siyasi şərhçi Elxan Şahinoğlunun da bu mövzuda maraqlı şərhi var. O da bu qənaətdədir ki, Çavuşoğlu son Bakı səfəri zamanı Lavrovla Qarabağ problemi ətrafında apardığı danışıqların detallarını rəsmi Bakıya çatdırıb: “Ankara ilə Moskva arasında danışıqlar intensivləşib. Məqsəd də Rusiyanın münaqişənin həlli ilə bağlı Ermənistan hakimiyyətinə təsir etməsidir. İlk növbədə Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır ki, sülh prosesinə start verilsin. Lavrovun Çavuşoğlunun təkliflərinə cavabı hələlik bəlli deyil. Ancaq o da məlumdur ki, Ankara ilə münasibətlərini normallaşdıran Moskva Türkiyənin bu fəallığına və Moskva Türkiyə-Rusiya-Azərbaycan formatının yaradılmasına etiraz etmir”.
Image result for Çavuşoğlu
Politoloq hesab edir ki, hadisələrin bu yöndə inkişafı Ermənistan hakimiyyətini narahat edir: “Ermənistan tamamilə Rusiyadan asılı vəziyyətə düşüb, ordusu və iqtisadiyyatı Rusiyanın nəzarəti altındadır. Rusiya, hələ ki Ermənistan hakimiyyətini müdafiə edir və konfliktin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə maraq göstərmir. Ancaq bir gün Moskvanın mövqeyi dəyişərsə və Kreml Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə Ermənistan hakimiyyətinə təzyiq edərsə, bu halda Sərkisyan nə edəcək? Rəsmi İrəvan Moskvaya etiraz edəcəkmi?… Erməni diasporu da düşünür ki, yaxın zamanda Moskva Ankara ilə razılaşaraq Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll edəcək. Rəsmi Bakı Moskvanın Ermənistan hakimiyyətinə təsir edərək Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirəcəyinə çox ümidlidir. Hələ ki bu, baş verməsə də, inanırıq ki, Ankara Moskvanı buna inandırmağa nail olacaq.
Həm Bakı, həm də Ankara Rusiyaya təklif ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli halında bölgədə regional əməkdaşlığı genişləndirmək mümkün olacaq. Bu regional əməkdaşlıq isə Rusiyanın maraqlarına cavab verəcək şəkildə inkişaf edəcək. Ancaq hələ ki nə Bakı, nə də Ankara Moskvadan tutarlı cavab ala bilməyib. Ermənistanı daha çox silahlandırmasına baxmayaraq, Rusiyanın Cənubi Qafqaz siyasətini korrektə edəcəyi istisna deyil”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Stratfor”dan şok proqnoz: Türkiyə qlobal dəyişiklik yaradacaq

Next Post

Varlılar çox yaşayır, yoxsa kasıblar? – Alimlər araşdırdı

Bənzər yazılar

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

06 May 2024 - 11:51

İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində əməliyyata başlayıb. Elchi.az  xəbər verir ki, bu barədə məlumatı newsru.co.il yayıb....

Next Post

Varlılar çox yaşayır, yoxsa kasıblar? - Alimlər araşdırdı

NASA-dan qorxunc açıqlama

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.