Yanvarın 23-də Astanada Suriya ilə bağlı keçiriləcək danışıqlarda BMT və ABŞ-ın nümayəndələri də iştirak edəcəklər.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib. Çavuşoğlu bu razılığın Türkiyə və Rusiya arasında əldə olunduğunu bildirib:
“Heç kim ABŞ-ın bu məsələdə rolunu inkar edə bilməz. Bu, Türkiyənin prinsipial mövqeyidir. Burada Suriyada sülhə imkan yarada biləcək hər kəs olmalıdır”.