Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Özbəkistanın Qaraqalpaq Muxtar Respublikasında baş verənlərə münasibət bildirib.
Bu barədə Türkiyə XİN bəyanat yayıb.
“Biz Özbəkistanın Qaraqalpaq Respublikasında baş verənləri yaxından izləyirik. Ümumi sivilizasiyaya, mədəniyyətə və tarixi bağlara malik olduğumuz strateji tərəfdaşımız, dost və qardaş Özbəkistanın sabitliyinə və firavanlığına böyük əhəmiyyət veririk. Tam əminik ki, Özbəkistan administrasiyası və xalqı baş verənləri sağlam düşüncə ilə, sülh və əmin-amanlıq şəraitində həll edəcək.
Hadisələrdə həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirik”, – Türkiyə XİN-in bəyanatında bildirilib.
İlham Əliyev dini rəhbərləri qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...






