Türkiyə indiyə qədər yalnız İsveçin NATO-ya üzvlüyünə yol açıb, lakin hələlik bunu təsdiq etməyib.
Elchi.az Haberturk.com-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik məlumat verib.
“Türkiyə yalnız İsveçin NATO-ya üzv olması üçün yol açıb, lakin hələ də “hə” deməyib”.
Respublika prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi partiyanın nümayəndəsi onu da bildirib ki, İsveçin NATO-ya daxil olması ilə bağlı protokola Türkiyə parlamentinin oktyabrın 1-də başlayacaq payız sessiyasında baxılacaq.
Xatırladaq ki, Türkiyə və İsveç iyulun 10-da NATO sammiti ərəfəsində Vilnüsdə protokol imzalayıblar və bu protokola əsasən Stokholm Türkiyədə elan edilən terror təşkilatları ilə mübarizə aparacaq və ölkənin Avropa İttifaqına (Aİ) üzvlük prosesini dəstəkləyəcək.
Yeganə






