"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Türkiyə-Yunanıstan gərginliyi: ABŞ-ın istəkləri, müharibə riskində Ankaranın göstərəcəyi qətiyyət

12 Sentyabr 2022 - 21:40
in DÜNYA

“NATO-nun iki üzvü – Türkiyə və Yunanıstan Egey dənizinin sərhədləri, onun üzərindəki hava məkanı, adaların hərbisizləşdirilməsi ilə bağlı iddialarını sərt ritorikalarla ortaya qoyur, diplomatik tərzin hədələrə çevrilməsi artdıqca prosesin rəngi tündləşir”.

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Elchi.az-ın məlumatına görə, bu barədə siyasi şərhçi Aqşin Kərimov FB hesabında bildirib:

“Hərbi güc nisbətində Türkiyə Yunanıstanı əhəmiyyətli şəkildə üstələyir, ölkənin malik olduğu ən müasir silahlar, elit briqadaları yunanlar üçün qorxulu bir röyadır.
Yunanıstan isə özünün yox, daha çox ona vəd verən havadarlarının dəstəyinə arxalanır.
Yunanıstan NATO-nun təlimlərində S-300 zenit-raket kompleksləri ilə Türkiyə qırıcılarını kilidləyib, yəni qırıcılara raket atılması üçün düymənin basılmasından öncəki mərhələni icra edib)
Əsas sual isə budur: Ankara-Afina arasındakı gərginlik kimə sərf edir?
Geniş planda düşünəndə Rusiya-Ukrayna müharibəsinin gedişatında NATO-ya öz “ailəsində” daxilində çatlar lazım deyil, hərçənd ki, Qərb sistemində Türkiyəyə qarşı təzyiqlər az deyil.
Lakin inandırıcı deyil ki, NATO Türkiyə-Yunanıstan hərbi qarşıdurmasını Alyansın içərilərinə sıçrayan dərin təhlükə həddinə qədər körükləməkdə maraqlıdır.
Görünür ki, ABŞ Yunanıstanda hərbi bazalarla silahlı mövcudluğunu genişləndirməyi yalnız Türkiyəyə təzyiq məqsədlərinə xidmət edən vasitəyə çevirir, bu isə Ankaranın təhlükəsizlik qayğılarını artırır.
ABŞ NATO vasitəsilə gərginliyi idarə etməyə çalışır, lakin qorxulusu budur ki, “xaos” idarəlounmaz bir hala gəlib çıxa bilər. Türkiyə ilə Yunanıstan arasındakı mümkün hərbi toqquşma Qərbin diqqətini bu regiona artıra və Rusiya bundan istifadə edib Ukraynadakı ambisiyalarını yeni fazaya keçirə bilər.
Qərbin ehtiyat etdiyi də budur, hərçənd ki, özləri də Ankara-Afina xəttinə gərginlik vermək missiyasından əl çəkmirlər.
Hər nə qədər qəribə səslənsə də, Türkiyə və Yunanıstan hökumətləri diplomatik-siyasi gərginliyi istəməsələr də, bunu daxili auditoriya üçün istifadə edirlər.
Çünki gələn il həm Türkiyədə, həm də Yunanıstanda seçkilər olacaq və hər iki tərəf xarici siyasət amili ilə daxili elektoratın etibarını qazanmaq prinsipini inkişaf etdirir.
Bununla belə, hərbi toqquşma riskini daxili istəklər yaratmır, məsələ yeni dünya nizamı qurmaq uğrunda qaynayan qlobal hisslərin fonunda öz aktuallığını başqa mərhələyə keçirməsi ilə əlaqəlidir.
Türkiyə də, Yunanıstan da hərbi güc tətbiqindən qaçır, hələlik öz məqsədləri üçün beynəlxalq dəstəyi səfərbər edərək hərəsi öz tərəfinə çəkmək istəyir.
İstənilən halda, Türkiyənin də, Yunanıstanın da qırmızı xətləri mövcuddur və bunların keçilməsi müharibə ritorikasını əməli döyüşə çevirə bilər.
Türkiyə ordusunun gücü, zəngin inventarı, desant qüvvələri Yunanıstana layiqli cavab vemək iqtidarındadır, Yunanıstan isə adekvat cavablardan nisbətən məhrumdur.
ABŞ-ın Yunanıstanda hərbi aktivliyini genişləndirməsi Türkiyənin Suriyadakı maraqlarının böyüməsinə cavabdır, lakin Afina bunu Ankaraya qarşı döyüş ruhuna çevirmək inancına qapılmamalıdır.
Türkiyənin suverenlik, ərazi bütövlüyü, müstəqilliklə bağlı idealları elə sarsılmazdır ki, özünə qarşı istənilən hücumu dəf edib rəqibi geri oturda bilər”.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

BMT Baş Assambleyasının 76-cı sessiyası bağlandı

Next Post

Ukrayna ABŞ-dan yeni silahlar istəyir

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post
Ukrayna ABŞ-dan yeni silahlar istəyir

Ukrayna ABŞ-dan yeni silahlar istəyir

Müasir köləlik sürətlə artır – HESABAT

Müasir köləlik sürətlə artır - HESABAT

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.