Türkiyənin Hakkari bölgəsində iki PKK üzvü Şəmdinli mahalında təhlükəsizlik əməkdaşlarına təslim olub. Onların silah işlətmədən könüllü şəkildə təslim olduğu bildirilir.Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, PKK-nın fəaliyyət göstərdiyi ərazidən qaçan 2 təşkilat üzvü əsgərlərə təslim olublar. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaq başladılıb.



