Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Fələstinə hücumları ilə əlaqədar ölkədə 3 günlük milli matəm elan etdiyini açıqlayıb.
Elchi.az bu barədə Trthaber.com-a istinadən bildirir.
Ərdoğan qeyd edib: “Türkiyə olaraq Fələstinli qardaşlarımızın yaşadıqları böyük ağrını ürəyimizdə hiss edirik. Əksəriyyəti uşaq və günahsız mülki vətəndaş olan minlərlə şəhidimizə ehtiramımızın tələbi olaraq ölkəmizdə 3 günlük milli matəm elan olunur”.
Yeganə






