İstanbul Baş Prokurorluğu Türkiyə ordusunda xidmət edən FETÖ-cuların aşkar edilməsi məqsədilə antiterror əməliyyatı keçirib.
Quru, Hava və Dəniz Qüvvələrində çalışan 530 zabit barəsində həbs qərarı çıxarılıb.
Cinayətkarların saxlanılması üçün 58 vilayətdə əməliyyatlar davam etdirilir.
İndiyə qədər 236 hərbçi saxlanılıb.




