Türkiyənin Diyarbəkir şəhərində gərginlik yaşanıb.
Axar.az xəbər verir ki, şəhərin Sur rayonuna getmək istəyən qrupa polis müdaxilə edib. Nəticədə 2-si rus olmaqla, bir çox insan saxlanılıb.
Küçəyə çıxma qadağası tətbiq edilən Sur rayonuna getməyə cəhd göstərən qrupa polisin müdaxilə etməsi ilə şəhərdə ara qarışıb. Polisin “Əkinçilər” küçəsində bir jurnalisti saxlamasına isə həmkarları icazə verməyib.
Diyarbəkirdə hələ də gərginliyin davam etdiyi bildirilib.



