"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Türkiyədə ermənicə “Xoş gəlmisiniz” yazılmasına sərt reaksiya

23 Sentyabr 2015 - 14:19
in XƏBƏR LENTİ
Türkiyənin İğdır vilayətinin Tuzluca rayonunun girişindəki alaqapıya ermənicə “Xoş gəlmişsiniz” və “Gülə-gülə” yazılması ölkə ictimaiyyəti, habelə Türkiyədə fəaliyyət göstərən QHT-lər tərəfindən tərəfindən birmənalı qarşılanmayıb. Moderator.az-ın məlumatına görə, Beynəlxalq Diaspor Mərkəzi (BDM) bu hadisəylə əlaqədar olaraq bəyanat qəbul edib.
Bəyanatda deyilir:

“Qardaş Türkiyə Respublikasında ermənilərin həyata keçirdiyi fəaliyyətlər son aylar daha geniş vüsət almaqdadır. Türkiyənin müxtəlif şəhərlərində öz çirkin təbliğatlarını aparmaqla sanki qondarma “tarixi erməni dövlətini” qurmaqdadırlar. Təəssüflər olsun ki, onlara bu fəaliyyətlərində Türkiyədə PKK-nın siyasi qanadı olan Halkların Demokratik Partisi (HDP) dəstək verməkdədir. Bu partiya tərəfindən Türkiyənin cənub-şərq bölgəsində bələdiyyə seçkilərində üstünlük əldə etməsi ermənilərin bu ərazidə əl-qolunun açılmasına səbəb olub. Bu torpaqlarda minlərlə müsəlmanları amansızcasına qətlə yetirən ermənilərin oylağına çevrilməsinə dəstək göstərmək, HDP-nin öz xalqına və dövlətinə qarşı xəyanəti hesab etmək olar. Ermənilər adına küçə qoymaq, sərhədləri açmağa təşəbbüs etmək, qondarma “erməni soyqırımı” abidəsini ziyarət etmək, şəhər və qəsəbə girişlərində erməni dilində yazılar və s. bu kimi çirkin addımlar minlərlə şəhidin ruhuna qarşı hörmətsizlikdir. Bu günlərdə İğdır vilayətinin Tuzluca qəsəbəsində növbəti erməni təbliğatının aparılması bizlərin səbr kasasını daşırmaqdadır. Qəsəbənin giriş və çıxışlarına erməni dilində “Xoş gəlmişsiniz” və “Gülə-gülə” ifadəsi yazılmışdır. Əslində bu böyük bir təxribatdır və təhlükəli addımlardan xəbər verir. Ermənilərin Türkiyəyə qarşı ərazi iddialarını reallığa çevirmək məqsədilə türk düşmənləri Türkiyədə açıq fəaliyyətə başlamışlar. Tuzlucadakı bu hadisəni şiddətlə qınayaraq bu torpaqlarda uyuyan şəhidlərimizə qarşı atılan çirkin addımlara cavabsız qalmayacağımızı qətiyyətlə bildiririk. HDP-li bələdiyyə sədrlərinin ermənipərəst fəaliyyətlərini riyakarlıq olaraq qəbul edir, Türkiyə dövlətindən və hökumətindən bu hərəkətlərə hüquqi-siyasi qiymət verilməsini tələb edirik. Türkiyə qanunlarından və türk demokratiyasından sui istifadə edən destruktiv qüvvələr və xüsusilə HDP təmsilçilərinin ermənipərəst addımlarının qətiyyətlə qarşısının alınmasını tələb edirik. İnanırıq ki, Türkiyə dövləti tarixin təkrar olunmasına izin verməyəcək və ölkədə vüsət alan erməni təbliğatının tezliklə qarşısını alacaqdır”.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ramin Hacılının namizədliyi qeydə alındı

Next Post

BDU-da SABAH-ın 881 nəfər tələbəsi səviyyə imtahanı verib

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

BDU-da SABAH-ın 881 nəfər tələbəsi səviyyə imtahanı verib

Rumıniya azərbaycanlı milyarderin hesablarının 50 faizini dondurdu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.