1915-ci il hadisələrinin 100 illiyinə həsr olunmuş “İtirilmiş Quşlar” (Lost Birds) filmi payız aylarında vizyona girəcək.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, erməni köçündən bəhs edən film Türkiyədə çəkilmiş ilk uzun metrajlı film olacaq. Minlərlə erməni uşağın əhvalatı Bedo və Maryam adlı obrazların simasında canlandırılıb. Film bir gecədə ailələrini itirən bacı-qardaşın hüzünlü hekayəsindən bəhs edir. Dila Ulucak və Heros Agopyan 520 uşaq arasından bu rollar üçün seçilib.
“İtirilmiş Quşlar” filminin fragmanı 113 ölkədə izlənilib. Filmə yüksək büdcə ayrılaraq 1000-dən çox paltar, 200 cütdən çox ayaqqab, çarıq xüsusi olaraq istehsal edilib. Bundan başqa çəkiliş məkanları 100 il əvvəlki şəkillərdən istifadə olunaraq dizaynerlər tərəfindən birəbir işlənib.
Günel Hacı
a



