Türkiyənin Nevşehir rayonunda hava şarı qəzası baş verib.
Musavat.com-un məlumatına görə, qəzada 1 nəfər ölüb, 9 nəfər isə yaralanıb.
Hadisənin səhər saat 7-də baş verdiyi bildirilir. Tur üçün havaya qalxan özəl şirkətə məxsus iki hava şarı küləyin təsirinə düşüb. Şarlarda olan 3 Çin vətəndaşı isə şardan yerə yıxılıb. Onlardan biri ölüb, ikisi ağır yaralanıb. Şarda olan digər turistlər də yüngül xəsarət alıb.




