
Türkiyədən alınan son məlumatlara görə, 13 şəhərdə keçirilən əməliyyatlarda vətəndaşlara və təhlükəsizlik güclərinə qarşı silahlı basqınlar törətmiş və törətmək niyyətində olduqları ehtimal olunan 251 nəfər saxlanılıb.
Baş nazir Əhməd Davudoğlunun Çankaya köşkündə keçirdiyi iclasda verilən qərara əsasən, son günlərdə yaşanan terror hadisələri səbəbiylə bu gün PKK və İŞİD-ə qarşı cavab tədbirlərinə başlanılıb.
İstanbulda, Bağcılar bölgəsində yaşanan qarşıdurma zamanı radikal sol yönümlü təşkilat, DHKP-C-nin (Devrimci Halk Kurtuluş Partisi-Cephesi) üzvü olduğu bildirilən bir nəfər öldürülüb.



