Türkiyənin Şanlıurfa vilayətində terror aktı baş verib.
Türkiyə mətbuatı xəbər verir ki, Viranşehir rayonunda avtomobilə quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində 3 yaşlı uşaq ölüb, 15 nəfər isə yaralanıb.
Məlumata görə, partlayış hakim və vəkillərin qaldığı yaşayış korpusunun yaxınlığında baş verib.
Əraziyə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.



