"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Türkiyədə “paralel dövlətin” polisləri həbs edilir

04 Sentyabr 2014 - 21:05
in DÜNYA

Camaat lideri AKP haqqında ağır danışıb: “Üzün suyunun tökülməsi həyasızlıqdan qaynaqlanır”; CHP-nin yeni başqan arayışları davam edir

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

img1629438Türkiyədə Fətullah Gülən camaatına qarşı əməliyyatın yeni dalğasında onlarla polis həbs edilib. Yerli media yazır ki, 17-25 dekabr əməliyyatlarında iştirak edən polislər vəzifələrindən azad edilərək, haqlarında vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi açılır. Həbs olunan polislər istintaqa aparılarkən suçsuz olduqlarını, hakimiyyətin sifarişi ilə həbs edildiklərini bildirilər.
Polislərin İstanbul prokurorluğu qarşısına toplanan ailə üzvləri məhkəmədən hakimiyyətdəkilərin şəxsi istəklərinə görə deyil, qanunlara dayanaraq qərar vermələrini istəyib. Həbs edilən polis zabitlərindən biri deyib ki, günahı yalnız Rza Zərrabın hökumət üzvləri ilə birləşib qara pulları leqallaşdırmasının qarşısını almaqdır.
Türkiyənin ana müxalifət partiyası CHP-dən olan millət vəkili Mahmut Tanal hakimiyyətin camaata qarşı əməliyyatın üçüncü dalğasına başlamasını sərt tənqid edib. Millət vəkili Türkiyə Böyük Millət Məclisinin binasına həbs olunan polis zabitlərinin geydiyi üzərində “sıfır” yazılan köynəklə gəlib. Yada salaq ki, “sıfır” kəlməsi o zamankı baş nazir Rəcəb Tayyib Ərdoğanın 17 dekabrda evlərindəki pulları sıfırlamaq, yəni paylamaq tapşırığına işarədir.
Tanal bildirib ki, CHP hüququ pozulan hər bir Türkiyə vətəndaşının yanındadır: “Bu gün Türkiyədə insanlar siyasi sifarişlərlə həbs edilir. Bu şəxslər Türkiyədə yüksək vəzifələr tutan şəxslərin qanunsuz addımlarına qarşı yönələn əməliyyatda iştirak ediblər. Ancaq bir məsələ də var ki, polis və digər güc strukturları heç bir zaman siyasi iqtidarın zopası olmamalı, heç bir qanunsuz hərəkətdə yer almamalıdır”.
Bu arada ana müxalifət partiyasının qurultayına hazırlıq işləri də davam edir. CHP yeni başqan arayışındadır. 10 avqust seçkisindən sonra bir qrup partiya üzvünün ali məclisə müraciəti ilə partiya fövqəladə qurultaya hazırlaşır. Fövqəladə qurultay çağıranların əsas tələbi partiya başqanı son illər bütün seçkiləri AKP iqtidarına uduzan Kemal Kılıçdaroğlunun bu postdan uzaqlaşdırılmasıdır. Kılıçdaroğlunun əsas rəqibi isə bu yaxınlara qədər CHP qrup başqan vəkili olan Müherrem İncedir. Partiyanın keçmiş başqanı, eks-baş nazir Dəniz Baykal da İncəni dəstəkləyir. İncənin müdafiəçilərindən  biri də CHP-nin müxalif qanadının liderlərindən olan millət vəkili Emine Tarhandır. Yada salaq ki xanım millət vəkili Kılıçdaroğlunu 10 avqust seçkisindən dərhal sonra istefaya çağırmışdı. İncəyə seçkilərdə uğurlar arzulayan Tarhan tərəfdarları ilə bərabər hansı safda yer tutacağına aydınlıq gətirib.
Kılışdaroğlu əleyhdarları bildirir ki, son illər partiyaiçi demokratik durum pisləşib, K.Kılıçdaroğlunun seçki dönəmələrində atdığı addımlar partiyanı ana müxalifət statusunda saxlayaraq iqtidara gəlməsini əngəlləyib. Prezident seçkilərində sərgilənən taktika da son dərəcə sərt tənqid olunur. CHP kulislərində danışılır ki, tanınmayan bir şəxsin prezidentliyə namizədliyinin dəstəklənməsi CHP-lilərin seçkini boykot etməsinə, bu isə böyük məğlubiyyətə səbəb olub. Kılıçdaroğlu isə bu aralar sərt bəyanatları ilə fərqlənmir. Partiyadakı tərəfdarlarını toplayan başqan seçkidə qələbəsini təmin etməyin yollarını arayır.
CHP üzvlərini rahatsız edən bir məqam da 2015-ci ildə keçiriləcək parlament seçkilərinə qədər partiya daxilində normal ab-hava yaradılmasıdır. Çünki bu gün faktiki olaraq bir neçə qrupa bölünən CHP-nin seçkilərdə uğur qazanacağı böyük şübhə altına düşə bilər. İndiki situasiya dəyişməsə, namizəd siyahılarının hazırlanması zamanı çox ciddi problemlərin yaşanacağı indidən bəllidir.
“Camaat”a qarşı əməliyyatların davam etdiyi günlərdə Pensilvaniyada mühacirətdə olan Fətullah Gülən internet üzərindən “Kırık kalpler və sağlam körpülər” başlığı ilə yeni videomüraciət yayıb. Gülən iqtidara bütün körpüləri yıxmamağı məsləhət görüb: “Həzrəti Məhəmməd deyir ki, mən könlü mənə görə qırılanlarla bir yerdəyəm. Başqaları nə cür davranırlarsa davransınlar haqqın yanında yer almalıyıq”.
Gülən çıxışında camaat içərisindəki fərqli fikirliliklərə də münasibət bildirib: “Hər çalğı alətinin səsi fərqlidir. Bunlar hər bir cameənin içərisində yaşana bilər. hər bir şəxsin eyni məsələyə baxışı fərqli ola bilər”.
Türkiyədə yenə polislər həbs olundu
Fətullah Gülən son müraciətində tərəfdarlarının cəmiyyətdə təklənməsinə də işarə vurub: “Gələcəkdə insanlar sizin yanınıza gəlməyə cəsarət etməyə bilər. Buna görə də arada olan körpülərin hamısını yıxmamaq lazımdır. Bir tərəf digərinə güc gəldiyində bəzən düşmənliklər yaranır. Ən qəliz tələblərlə insanlar yerdən-yerə vurulur. Tərəflər bir-birinin üzünə baxmayacaq hala gətirilir. Siz də bu cür davransanız, eyni çətin vəziyyətə düşə bilərsiniz. Bir tərəf əlinə aldığı dəhrəni qarşısına çıxanın təpəsinə endirir. Bu zərbələrin şoku ilə bəzən doğru olmayanları düşünə bilərsiniz. Eyni cür cavab verməyə çalışa bilərsiniz. Siz də onlar kimi üzünüzün suyunu tökmüş olarsız. Üzün suyunun tökülməsi həyasızlıqdan qaynaqlanır”.
Fətullah Gülən sonda tərəfdarlarını səbr və mətanət göstərməyə çağırıb.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiya Xəzərə döyüş gəmiləri gətirdi

Next Post

Moskvada Azərbaycana qarşı KİTAB TƏXRİBATI

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post

Moskvada Azərbaycana qarşı KİTAB TƏXRİBATI

Əliyev, Sarkisyan və Kerri arasında görüş başlayıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.