
Türkiyənin Şırnaq vilayətinin Silopi rayonunda təhlükəsizlik qüvvələri ilə PKK terror təşkilatı üzvləri arasında baş verən atışmada ölənlərin sayı 3-ə çatıb.
APA-nın xəbərinə görə, bu barədə vilayət valiliyinin yaydığı açıqlamada bildirilir. Ölənlərin mülki şəxs olduğu ehtimal olunur. Hadisə zamanı 2-si polis əməkdaşı olmaqla 7 nəfər yaralanıb. Hazırda bölgədə terrorçulara qarşı əməliyyatlar davam edir.



