Türkiyənin cənubundakı Karaman vilayətində turist avtobusu qəzaya uğrayıb. Elchi.az xəbər verir ki, bu barədə “TGRT Haber” telekanalı məlumat yayıb.
Hadisə nəticəsində 26 nəfər xəsarət alıb. Onlardan üçü ağır vəziyyətdə Ermenek Dövlət Xəstəxanasına aparılıb.
Qeyd edək ki, avqustun 11-də Soçidə gəzməli yolsuzluq avtomobilinin qəzaya uğraması nəticəsində 9 nəfərin xəsarət aldığı bildirildi. Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, “UAZ” markalı avtomobil qəza törədib.
Havar Şəfiyeva






