3471 bina dağıdılıb
Elchi.az xəbər verir ki, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 1541-ə, yaralıların sayı isə 9733-ə yüksəlib. Bundan başqa, ölkənin müxtəlif şəhərlərində 3471-dən çox bina dağıdılıb.
Bu barədə yerli mətbuat ölkənin vitse-prezidentinə istinadən məlumat yayıb.
Daha əvvəl bildirilib ki, Türkiyədə baş verən ən güclü zəlzələ nəticəsində ölənlərin ümumi sayı 1121 nəfərə çatıb, 7634 nəfər xəsarət alıb.Ölkənin cənubunda zəlzələlər bu gün də davam edir. Eyni zamanda xilasedicilər dağılmış hündürmərtəbəli binaların dağıntılarını təmizləyirlər.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb, respublikada baş vermiş zəlzələ zamanı insanların həlak olması ilə bağlı ona başsağlığı verib və fəlakətin nəticələrinin aradan qaldırılmasına köməklik göstərib.
Mütəxəssislərin fikrincə, Türkiyə və Suriya bölgəsində təxminən 6 bal gücündə zəlzələlər bir neçə gün, hətta həftələr davam edəcək.
Şayəstə






