
Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda 31 nəfərin ölümü ilə nəticələnən partlayışda istifadə olunan bombanın hansı ölkəyə aid olduğu məlum olub.
Avropa.info xəbər verir ki, istintaqın ilkin araşdırmasına görə, partlayışda istifadə olunan bomba Rusiya istehsalı olan TNT növlü partlayıcı maddə olub.
Hazırda araşdırma üçün Ankaradan daha bir qrup göndərilib.



