Türkiyənin Şimali İraqdan təbii qaz nəql etməsi ilə bağlı tender fevralın 9-da elan ediləcək.
Axar.az xəbər verir ki, iki il ərzində sözügedən bölgədən təbii qazın nəql edilməsi nəzərdə tutulub.
Bildirilib ki, sözügedən layihə baş tutarsa, Türkiyənin Rusiya və İrandan olan qaz asılılığı azalacaq.
Məlumata görə, Şimali İraq qazı Türkiyənin 50 illik ehtiyacını qarşılayacaq.




