"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Türkiyədən rus pilotu öldürənlə bağlı – Şok iddia

01 Aprel 2016 - 21:07
in XƏBƏR LENTİ

Türkiyəli millət vəkili Alparslan Çelikin həbsindən danışdı

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Musavat.com xəbər verir ki, Türkiyə hava sahəsini pozduğu səbəbindən vurulan Rusiya qırıcısının pilotunu öldürdüyü iddia edilən Alparslan Çelik bir qrup dostu ilə gəldiyi İzmirdə həbs edilib. Alparslan Çelik İzmirin Hatay səmtində restoranda yemək yediyi zaman 14 nəfərlə birlikdə saxlanılıb.

 

A. Çelik 2015-ci il noyabrın 20-də Rusiyaya məxsus “Su-24” təyyarəsinin vurulması zamanı paraşütlə xilas olmağa çalışan pilotu vurması ilə gündəmə gəlmişdi. Çelik Suriya ərazisi hesab edilən Bayır-Bucaq türkmənlərlə birlikdə Bəşər Əsəd rejiminə qarşı savaşan qruplardan birinin komandiri kimi də təqdim edilirdi.

 

A.Çeliyin İzmirdə 14 nəfər silahdaşı ilə birgə nahar etdiyi haqda məlumat polisə çatdırılıb. Polisə verilən məlumatda iddia edilib ki, Çeliyin də aralarında olduğu 14 nəfər silahlı restoranda əyləşib. Bundan dərhal sonra polis hərəkətə keçib və 14 türkməni həbs edib.

 

Aparılan araşdırma zamanı saxlanılan 14 nəfərlik qrupdan bir “Kalaşnikov” avtomatı, iki tapança, habelə çoxlu sayda patron götürülüb. Qrup üzvlərinin ifadəsini almaq məqsədilə onlar polis idarəsinə aparılıb.

 

Rusiya mətbuatında isə bu xəbər Türkiyə ilə Rusiya arasındakı kriz ortamından çıxış üçün atılacaq ilk addım kimi dəyərləndirilib. İddia edilir ki,  rus pilotunu öldürdüyünü etiraf edən A.Çelikin həbsi, eləcə də R.T.Ərdoğanın Amerikanın Brookings İnstitutundakı çıxışında “bölgədə yaşanan problemlər ölkələrimiz arasındakı işbirliyini məcbur edir” açıqlaması ölkələr arasındakı münasibətlərin yumşaldığını göstərir.

 

Bundan başqa, Rusiyanın Ankaradakı eks  – səfiri Pyotr Steqninin “Çelikin həbsi doğru yolda atılmış bir addımdır”, – açıqlaması da proseslərin gedişində mühüm detal sayılır.

 

Bugünkü “Moskovski Komsomolets” qəzeti isə “Türkiyə rus pilotunun qatili Alparslan Çeliki Rusiyaya verəcəkmi”, başlıqlı bir yazı hazırlayıb. Xəbərdə göstərilib ki, mütəxəssislər Türkiyənin münasibətləri düzəltmək uğruna Çeliki fəda edə biləcəyi ehtimalını inandırıcı hesab etmir. Amma belə bir hadisə baş verərsə, bu, ölkələrarası münasibətləri düzəldə bilər.

 

Demək olar ki, əksər Türkiyə saytlarının xəbərlərində A.Çelik Milliyyətçi Hərəkat Partiyasının da üzvü və vilayət Gənclər Təşkilatının rəhbəri kimi təqdim olunur. Xəbərlərin başlığında isə “MHP-çi həbs olundu” cümlələri xüsusi qabardılır.

MHP-çi millət vəkili Atilla Kaya isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, partiyanın A.Çeliklə hər hansı münasibəti və təşkilatı bir bağlılığı yoxdur: “O, bizim təlimatımızla hər hansı addım atmır. Özünü tanıyıram. Daha öncə Ülkü Ocaqlarına gedib-gəlib. Amma Türkiyə mediasının onu bu şəkildə təqdim etməsi artıq adət halına çevrilib. Hesab edək ki, bir şəxs cinayət əməli törədib. Zamanında isə MHP-nin üzvü olub. Ondan sonra ANAP-a, daha sonra isə AKP-yə keçib. Amma media onu MHP-li kimi təqdim edir. Bu, medianın arzuedilməz adətlərindən biridir”.

 

Müsahibimiz dedi ki, A.Çelik və onun dəstəsinin gözaltına alınması səbəbləri isə bəlli deyil. Millət vəkili hazırda bu məsələnin araşdırıldığını vurğuladı: “Hesab edirəm ki, bu həbsin arxasında başqa bir olay var. Çünki dəstə üzvlərinin üzərindən silah tapılıb. Silah daşımaq isə qanunla qadağandır”.

 

A.Kayanın fikrincə, A.Çeliki rus pilotu öldürməsi ilə bağlı saxlamayblar: “Çünki onun rus pilotu öldürməsi ilə bağlı ortada hər hansı sübut yoxdur. Bu, sadəcə sensasional bir iddiadır”.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Banklar niyə dollar almır?

Next Post

Bakıda kanalizasiyaların çoxu işləmir – Görüntü üçün qoyulub

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Bakıda kanalizasiyaların çoxu işləmir - Görüntü üçün qoyulub

​Dünya Bankı Azərbaycana daha 50 mln. dollar ayırır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.