Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdi ilə əlaqədar ölkənin İsparta şəhərində general-leytenant Metin Akkaya və general-mayor Mustafa Kurutmaz saxlanılıb.
Anadolu Agentliyinin məlumatına görə, onlar silah gücü ilə konstitusiya quruluşunu dəyişdirməyə cəhddə ittiham edilirlər.
Keçirilən xüsusi əməliyyat zamanı 1-ci ordu komandanlığı heyətindən əməliyyatlar üzrə rəis, general-mayor Eyyüp Gur və İstanbul jandarma komandiri polkovnik Sercan Gürcan da həbs edilib.
Türkiyədə hərbi çevriliş cəhdinə görə həbslər davam etdirilir.




