Türkiyədə keçiriləcək prezident və parlament seçkilərilə bağlı xaricdə verilən səslər Türkiyəyə gətirilərək şəffaf seçki qutularına qoyulub.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Qurumu məlumat yayıb.
Məlumata görə, seçki bülletenləri ölkələrə görə sinifləndirilib. Səslərin sayılmasına mayın 14-ü yerli vaxtla 17:00-dan (Bakı vaxtı ilə saat 18:00) başlanılacaq.
Qeyd edilib ki, 72 ölkə, 151 nümayəndəlikdə verilən 1 milyon 817 min səs 1430 ədəd seçki qutusuna yığılıb.
Kəlbəcərin Baş planı təsdiqləndi
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib. Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...





