Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiya baş naziri Şinzo Abe ilə İŞİD tərəfindən girov saxlanılan 2 yapon haqqında
kəşfiyyat məlumatları mübadiləsi aparılmasını müzakirə edib.
kəşfiyyat məlumatları mübadiləsi aparılmasını müzakirə edib.Musavat.com-un məlumatına görə, Türkiyə dövlət başçısı Ərdoğan, Yaponiya baş naziri Şinzo Abe ilə axşam saatlarında telefonla danışıb.
İki lider bu məsələdə kəşfiyyat və məlumat mübadiləsi aparmasının əhəmiyyətli olduğu vurğulayıb. Ərdoğan məsələyə həssaslıqla yanaşdığını, hər cür məlumat paylamışına hazır olduğunu bildirib.
Qeyd edək ki, videoları ilə məşhur olan İŞİD üzvü “Cihadçı Con” daha bir video paylaşaraq iki girov yaponun sağ qalması üçün Yaponiyadan 200 milyon dollar istəyib. Yaponiya rəhbərliyi isə İŞİD-in təhdidinə boyun əyməyəcəyini, mübarizəni davam etdirəcəyini bildirib.



