Almaniyada pedaqoq işləyən 44 yaşlı həkim Devrim Kaya Lehmann tətilə getdiyi Fransa Alp dağlarında ağacın üstünə aşması nəticəsində dünyasını dəyişib.
Tuncelinin Mazgirt rayonunda doğulan və Almaniyanın Darmstadt şəhərində yaşayan Dr Devrim Kaya Lehmann evlidir və üç uşaq atasıdır.
Elchi.az bu barədə Haber Globala istinadən xəbər verir.
Devrim Lehmann həyat yoldaşı və böyük oğlu ilə birlikdə Alp bölgəsində gəzintiyə çıxıb. Qəfil fırtına nəticəsində aşan ağac həkim Devrim Lehmanın üzərinə aşıb. Bədbəxt qadına ilk olaraq əri və oğlu kömək edib. Ətrafdakıların köməkliyi ilə ağacın altından çıxarılan qadın ağır xəsarətlərlə aparıldığı xəstəxanada həkimlərin bütün səylərinə baxmayaraq xilas ola bilməyib.
Həkim Lehmanın ölümü ilə bağlı Fransa səlahiyyətliləri tərəfindən istintaq başladıldığı öyrənilib.
Nuranə Məmmədova





