Türkiyənin İzmirində naməlum şəxs İsveç konsulluğuna hücum edib – diplomatik nümayəndəliyin əməkdaşı ağır yaralanıb. Elchi.az xəbər verir ki, bu barədə “Mynet” portalı məlumat yayıb.
“Mynet”in məlumatına görə, hadisəyə səbəb viza problemləri ola bilər. İzmir rəhbərliyi dərhal reaksiya verərək hadisəni təsdiqləyib. Onlar vurğuladılar ki, hücum edən şəxs inkişafında gerilik olan vətəndaşdır – onun silahı müsadirə olunub. Yaralanan konsulluq işçisi xəstəxanaya yerləşdirilib. Faktla bağlı məhkəmə-tibbi araşdırmalara başlanılıb.






