Bu gecə saat 02:00 radələrində İçərişəhərin Qoşaqala qapısı tərəfdən girişində yol qəza hadisəsi baş verib. 

Axar.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 90 AN 503 dövlət qeydiyyat nişanlı “Prado” markalı avtomobil Qoşaqala qapısının giriş hissəsindəki nəzarət yoxlaması olan postu maşınla dağıdıb. “Prado” markalı avtomobil tarixi qoruq ərazisinə şlaqbaumları qıraraq girməsinin səbəbi isə polisdən qaçmaq istəməsi olub.




