Türkiyənin Siirt bölgəsində təhlükəsizlik qüvvələrinin apardığı əməliyyat zamanı 2 terrorçu zərərsizləşdirilib.
Cebhe.info xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, zərərsizləşdirilən terrorçulardan biri Türkiyə təhlükəsizlik qüvvələrinin uzun müddətdir qara siyahısında olan “Fərman Gabar” ləqəbli Naif Meraldır. Onun başına 600 min türk lirəsi qoyulmuşdu.





