"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Türkiyənin dərman mafiyasının Azərbaycanla alverinin üstü açıldı

03 Dekabr 2014 - 11:00
in XƏBƏR LENTİ
img1693677Türkiyənin Səhiyyə Nazirliyi ölkədə fəaliyyət göstərən 57 dərman firmasının çətin tapılan və qiyməti minlərlə dollar olan dərmanları ölkəyə idxal etmək adı altında alaraq bir neçə dəfə baha qiymətə Azərbaycana satdıqlarını üzə çıxarıb.
Virtualaz.org saytı Türkiyə mənbələrinə istinadən xəbər verir ki, araşdırma zamanı həmin firmaların Azərbaycan da daxil olmaqla bəzi ölkələrə qanunsuz yollarla 50 milyon dollarlıq dərman satdığı məlum olub. Nəticədə Türkiyə Səhiyyə Nazirliyi ölkədən dərman ixracına qadağa qoyub.
Məlumata görə, Türkiyənin daxili ehtiyaclarını ödəmək üçün xüsusi sifarişlə istehsal olunaraq idxal edilən bahalı dərmanların daxili bazarda tapılmadığını görən nazirlik araşdırma başladıb. Məlum olub ki, firmalar idxal etdikləri dərmanları daha yüksək qiymət təklif edən bəzi ölkələrə, o cümlədən Azərbaycana sataraq milyonlarla dollar əlavə gəlir əldə ediblər.
Bu dərmanlardan biri “VALCYTE” həbləridir. İnsan orqanizmində virusların artmasını əngəlləmək üçün güclü təsirə malik dərman vasitəsidir və HİV virusuna qarşı tətbiq olunur. Bu dərman İran, Azərbaycan, Makedoniya və Albaniyaya ixrac edilib. Qiyməti 1980 ABŞ dollarıdır.
“MS” dərmanı skleroz xəstəliyinin müalicəsində tətbiq olunur. Qutusu Türkiyədə 1932 türk lirəsidir (TL), xaricdə qiyməti isə 1723 dollardır. Bu dərmandan 1054 qutu Türkiyəyə idxal edilsə də firmaların daha sonra həmin dərmanları Azərbaycan və digər ölkələrə baha qiymətə satdığı məlum olub.
“Mabthera” xərçəng xəstəliyinin müalicəsində tətbiq olunan dərmandır, qutusu 3 min 43 TL-dir. Araşdırma zamanı məlum olub ki, Türkiyəyə son 20 ayda 3435 qutu dərman idxal edilib, ancaq dərman qutusu 3354 dollardan olmaqla İran, Azərbaycan, Makedoniya və Albaniyaya satılıb.
Həmçinin məlum olub ki, Türkiyə firmalarından biri Lenforma xərçəngi xəstəliyinin müalicəsində tətbiq olunan dərmanı 40 avroya ölkəyə idxal edib, daha sonra həmin dərmanı qutusu 80 avroya olmaqla Azərbaycana satıb. Azərbaycan istehsalçı firmadan həmin dərmanı 120 avroya ala bilərdi və Türkiyə firmasının sayəsində dərmanı daha ucuz əldə edib.
Əczaçılar deyirlər ki, bu sistem əslində uzun illərdir işləyir. Belə ki, Türkiyə Avropa İttifaqı ölkələrindən bahalı dərmanları güzəştli şərtlərlə idxal edir. Nəticədə həmin dərmanlar Türkiyə bazarına Avropadakı satış qiymətlərindən daha ucuz daxil olur. İdxalçı firmalar isə dövlətin yaratdığı bu güzəştli şəraitdən yararlanaraq idxal etdikləri dərmanları başqa ölkələrə daha baha qiymətə satır. İstehsalçı firmalar isə onların Türkiyəyə satdıqları dərmanlarla bu cür alver edilməsinə qarşı çıxır və Türkiyəyə dərman satmaq istəmir.

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Korrupsiya indeksi: Azərbaycan 175 ölkə arasında 126-cıdır

Next Post

“Yapı Kredi Bank”ı yanır

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

“Yapı Kredi Bank”ı yanır

Ceyms Uorlik Aşot Qulyanla nə haqda danışıb?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.