"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Türkiyənin HÜRKUŞ təlim təyyarəsi Azərbaycana uçacaq

25 May 2022 - 13:10
in GÜNDƏM

Türk Aviasiya və Kosmos Sənayesi 26-29 may tarixlərində Bakı Kristal Zalında ilk dəfə keçiriləcək TEKNOFEST Aviasiya, Kosmos və Texnologiya Festivalında Milli Döyüş Təyyarəsinin (MMU) virtual reallıq simulyatoru, HÜRKUŞ və GÖKBEY ilə iştirak edəcək.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Türkiyə səfirliyindən Elchi.az-a verilən xəbərə görə, MMU virtual reallıq simulyatorunun ilk dəfə yer alacağı festivalda ziyarətçilər VR texnologiyası ilə MMU ilə virtual olaraq uçmaq imkanı əldə edəcəklər.

“HÜRKUŞ isə uçuş şousu ilə nəfəsləri kəsəcək. Ziyarətçilər Türk Aviasiya və Kosmos Sənayesi stendində karyera imkanları haqqında məlumatlandırılacaqlar.

Ziyarətçilər maketlərin nümayiş olunacağı stenddə sürpriz fəaliyyətlər, təcrübə sahələri və oyunlarla şirkəti yaxından tanımaq imkanı əldə edəcəklər. Gənc ziyarətçilərə Mühəndis İnkişaf Proqramı, təcrübə imkanları və Lift-Up adı altında “Sənaye yönümlü Bakalavr Məzun Layihələri” kimi karyera imkanlarının müzakirə ediləcəyi sahələrdə şirkətin təklif etdiyi imkanlar haqqında məlumat veriləcək.

HÜRKUŞ təlim təyyarəsi uçuş şousu həyata keçirəcəyi Azərbaycana HÜRKUŞ-un eksperimental sınaq pilotları ilə ilk dəfə uçaraq gələcək. Nəfəs kəsən uçuş şoularının reallaşacağı festivalda Türkiyənin ilk və yeganə unikal GÖKBEY T625 helikopteri də statik sahədə nümayiş etdiriləcək. Bir çox ilklərə səhnə olacaq TEXNOFEST-in ən maraqlı hissəsi isə Türk Aviasiya və Kosmos Sənayesi stendində Milli Döyüş Təyyarəsinin VR dəstəkli simulyatoru olacaq. VR texnologiyası sayəsində ziyarətçilər 5-ci nəsil təyyarə ilə uçuşu təcrübədən keçirə biləcəklər.

Azərbaycanda ilk dəfə reallaşacaq TEXNOFEST-də iştirak edəcək Türk Aviasiya və Kosmos Sənayesinin baş direktoru Temel Kotil “Müdafiə, aviasiya və kosmos texnologiyalarında əldə etdiyimiz uğurları dost və qardaş ölkə Azərbaycanla bölüşəcəyimiz TEXNOFEST-də iştirakımıza görə şox sevinirik. “İki dövlət, bir millət” şüarı ilə həyata keçirdiyimiz əməkdaşlığımızın daha da möhkəmlənəcəyi festivalda mühəndislərimizin unikal olaraq hazırladığı HÜRKUŞ təlim təyyarəmiz Azərbaycana uçacaq və uçuş şousu nümayiş etdirərək şanlı dostluğumuzu göylərə yüksəldəcək. Aviasiya tariximizdə yeni bir dönüş nöqtəsi olacaq Milli Döyüş Təyyarəmizin uçuş kabinəsinin də təcrübədən keçirilə biləcəyi festivalın reallaşmasına töhfə verən bütün tərəflərə minnətdarlığımızı bildiririk”, – deyilib.

Qeyd olunub ki, Türk Aviasiya və Kosmos Sənayesi sabit və fırlanan qanadlı hava platformalarından pilotsuz uçuş aparatlarına və kosmik sistemlərə qədər inteqrasiya olunmuş aerokosmik sənaye sistemlərinin dizaynı, inkişafı, modernləşdirilməsi, istehsalı və inteqrasiyasına dəstək proseslərində 4 milyon kvadratmetr açıq sahədə və 640 min kvadratmetr qapalı sahədə 12000-dən çox işçisi ilə fəaliyyətini davam etdirir. Türkiyənin texnologiya mərkəzi olub, aviasiya, kosmik və müdafiə sənayesində qlobal oyunçular arasında yer alır.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

II Elizabet Prezident İlham Əliyevə təbrik ünvanlayıb

Next Post

Rusiya MN: Ukraynanın 1000-dən çox PUA-sı məhv edilib

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Rusiya MN: Ukraynanın 1000-dən çox PUA-sı məhv edilib

Rusiya MN: Ukraynanın 1000-dən çox PUA-sı məhv edilib

Britaniya hökuməti “Çelsi” klubunun satışını təsdiqləyib

Britaniya hökuməti “Çelsi” klubunun satışını təsdiqləyib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.