Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ABŞ müdafiə naziri Lloyd Ostin ilə telefonla danışıb.
Elchi.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) verilən yazılı açıqlamada Ostin və Gülərin ortaq ikitərəfli və çoxtərəfli müdafiə hədəflərini müzakirə etdiyi bildirilib.
Qeyd olunub ki, hər iki nazir ABŞ və Türkiyə arasında hərbi əməkdaşlığın uzun tarixini yüksək qiymətləndirib və davam edən sıx əməkdaşlıqdan məmnundurlar.
Həmçinin bildirilib ki, görüş zamanı Türkiyə, İsveç və NATO-nun baş katibi Yens Stoltenberq arasında müsbət danışıqlar aparılıb, ABŞ Müdafiə Nazirliyinin Türkiyənin hərbi modernləşdirilməsinə verdiyi dəstək müzakirə olunub.
Nuranə Məmmədova




