
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Elchi.az-a verilən xəbərə görə, səfər çərçivəsində ordu generalı H.Küçükakyüzün Müdafiə Nazirliyində bir sıra görüşləri planlaşdırılır. Görüşlərdə iki ölkənin Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti, perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq. Səfər dekabrın 1-dək davam edəcək.



