"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Türkiyənin yeni hökuməti Suriya hökuməti ilə birlikdə…”

11 İyul 2015 - 15:57
in XƏBƏR LENTİ

Devlet Bahçelinin müavinindən hadisə kimi müsahibə ; Atilla Kaya: “MHP təkrar seçkilərə hazırdır”

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Türkiyədə hökumət qurulması istiqamətində proseslər artıq rəsmən başlayıb. Seçkilərdən dərhal sonra AKP-nin koalisiya ortağı olaraq MHP ilə birgə hökumət quracağı ehtimalları ortaya atılsa da, sonradan məlum oldu ki, milliyyətçilərin AKP-yə ciddi şərtləri var. Türkiyə mətbuatının yazdığına görə isə bu şərtlərdə koalisiyanın qurulması hardasa mümkünsüzdür. 

Amma siyasət həm də mümkün olanların reallaşdırılması sənətidir. Bu mənada “qapıların tam qapandığını” da düşünmək sadəlövhlük olardı. Ona görə də qarşıdakı 45 gün ərzində davam edəcək koalisiya çalışmalarında əsas  tərəflərin birinin MHP olacağı sözsüzdür.

Ankarada olarkən, Türkiyə milliyyətçilərinin paytaxtdakı mərkəzi qərargahlarına da baş çəkdik. Azərbaycana ən yaxın, ən doğma olan bu təşkilatın sədr müavini, millət vəkili Atilla Kaya ilə söhbətləşmək imkanımız da oldu. Məhdud zamanın verdiyi imkanlar çərçivəsində bir sıra mövzularda danışdıq. Həmin söhbətin mətbu versiyasını da  oxucularımızın diqqətinə təqdim edirik:

 

– MHP sədri Devlet Bahçelinin yerli mediaya verdiyi müsahibədən sonra Türkiyə mediası MHP-nin AKP ilə “koalisiya qapılarını qapatdığını” yazır. Doğrudanmı, koalisiya imkanları yoxdur artıq? 

“Bir yəhudi İsrail var. Qafqazda isə bir Ermənistan var… Ermənistan o bölgədə işləri ikinci bir İsrail kimi aparır. İndi isə müsəlman ölkələrinin – Türkiyə, İran, İraq və Suriyanın arasında bir “müsəlman israil” yaradılması planı var. Oyun bundan ibarətdir”

– İyunun 7-də Türkiyədə parlament seçkiləri oldu. Təbii ki, seçkilərə gedən partiyaların da vətəndaşlara seçki vədləri, yəni iqtidar olacaqları halda nələri edəcəkləri ilə bağlı vədləri oldu. MHP də 7 iyun seçkilərində Türk xalqının qarşısına bir sıra vədlərin olduğu seçki bəyannaməsi ilə çıxdı. Bu bəyannamədə ön planada verilən bir neçə xüsusat vardı. Yəni bir sıra iqtisadi və sosial vədlərlə yanaşı, Türkiyənin 13 illik AKP iqtidarı dönəmində ölkədə ədliyyə, hüquq sistemində, ictimai asayişin yaranmasında, xarici siyasətdə və sairədə yol verilmiş səhvləri düzəltmək kimi vədlər də vardı.

Əsas vədlər bunlar idi:

  1. Türkiyədə 4 nazirin istefası ilə nəticələnən “17-25 dekabr” adlandırdığımız korrupsiya və rüşvət davaları. MHP sədri və namizədlərin hər biri bütün seçki mitinqlərində bəyan etdilər ki, iqtidara gələcəyimiz təqdirdə bu “17-15 dekabr” hadisələri ilə üzə çıxan korrupsiya və rüşvət iddialarının müstəqil məhkəmə vasitəsi ilə hesabını tələb edəcəyik;
  1. MHP PKK-nı Türkiyədə və dünyada təsirli bir vəziyyətə gətirən, PKK ilə danışıqlar masasına oturmaqla onu legitimləşdirən – hətta bu günlərdə ABŞ prezidenti PKK və onun Suriya qolu YPG-ni müttəfiqləri adladırdı – AKP-nin “çözüm sürəci” dediyi prosesi dayandıracağını millətə vəd etdi. 3. Konstitusiyanın verdiyi səlahiyyətlərdən kənara çıxan, çıxışları və fəaliyyətləri ilə cəmiyyəti qütbləşdirən prezidenti də konstitusiyanın verdiyi səlahiyyətlər çərçivəsinə qaytarmaq vədini verdi.

Və bu vədlərin qarşılığında millətdən səs aldı. Dolayısı ilə seçkilərin səhəri günü MHP liderinin söylədiyinin mənası odur ki, Türkiyədə QHT-lərin, bir sıra partiyaların, böyük medianın, AB, ABŞ-ın, TÜSİAD kimi sənayeçi və iş adamlarının olduğu qurumlar AKP-nin “çözüm sürəci”, bizim “xəyanət sürəci” dediyimiz proseslə bağlı müttəfiqdirlər. Eyni zamanda bunun kimi bir sıra mövzularda da fikir ortaqlıqları var. MHP lideri isə açıq şəkildə bəyan etdi ki, əgər siz “çözüm sürəci”ndə ortaqsınızsa, o zaman AKP HDP ilə birgə hökumət qursun və millət də bu prosesin nə olduğunu görsün. Əgər bu mümkün olmursa, o zaman hədəfi daha da böyüdüb AKP-CHP-HDP hökuməti də qurula bilər. Yaxud da bunlardan biri kənardan hökumətə dəstək verə bilər. Çünki “çözüm sürəci” ilə bağlı CHP də AKP ilə demək olar ki, ortaq mövqedədir. Belə bir vəziyyətdə MHP-yə də ana müxalifət olmaq vəzifəsi düşür.

“Türkiyənin xarici siyasətini yenidən gözdən keçirib, Ərdoğanın şəxsi istəklərinin, ideoloji baxışını təmin edilməsinə yönəlmiş xarici siyasət kursundan Türkiyənin dövlət maraqlarını əsas alan ənənəvi xarici siyasət kursuna geri dönmək lazımdır” 

Ancaq bütün bunlardan bir nəticə alınmasa, MHP-nin millətə seçkilər zamanı vəd etdiyi kimi, Türk millətinin bütünlüyü və birliyi MHP-nin varlıq səbəbi olduğu üçün, MHP-nin iqtidarın “çözüm sürəci”ndən vaz keçəcəyi, eləcə də “17-25 dekabr” prosesinin müstəqil mühakiməsini təmin edəcəyini qəbul edəcəyi və nəhayət prezident Konstitusiyamızın verdiyi səlahiyyətlər çərçivəsində hərəkət etməsi şərtini qəbul edərsə, o zaman MHP AKP ilə koalisiya danışıqlarında iştirak edə bilər.

Bütün bunların olmayacağı təqdirdə, gediləcək sonuncu variant – zatən qanun da bunu tələb edir – 45 gün ərzində hökumət qurulmayacağı təqdirdə yeni seçkilərə gedilməsidir. Əgər yuxarıda söylədiyim məsələlər alınmasa, MHP mili iradəyə baş vurmağa, yəni seçkilərə getməyə hazırdır. Bizim söylədiyimiz bundan ibarətdir. Əhməd Davudoğlu koalisiya danışıqlarına gələcəyi təqdirdə, başqanımızın da dediyi kimi, bunlar onun özünə də söyləniləcək. Əgər qarşılıqlı addım atılarsa bir koalisiya ola bilər, əgər bu olmasa 45 gündən sonra Türkiyə yeni bir seçimə gedər.

– 3 əsas koalisiya şərtini sadaladınız. Bu şərtlər isə hökumət üçün də ciddi əhəmiyyət kəsb edir. Siyasətdə bir anlaşma, danışıqlara ayaq vermə  imkanı hər zaman var. MHP hər zaman bəyan edir ki, Türk xalqının  birliyi və bütünlüyü naminə hər şeyə hazırdır. Proseslərin çıxmaza doğru getməsi halında MHP-nin sadaladığınız şərtlərin hansısa birindən geri çəkilməsi, uzlaşmaya addım atması mümkündürmü? 

– “Çözüm sürəci” dediyimiz məsələdə geri çəkilməmiz mümkün deyil. Zatən bu prosesin də PKK-nin siyasi təşkilatı adlandırdığımız partiyanın işinə yaradığı ortaya çıxdı. Türkiyənin cənub-şərq vilayətlərində demək olar ki, bütün bölgələrdə deputat yerlərini HDP götürdü. AKP o bölgələrdə uduzdu. Yəni dolayısı ilə bu proses AKP-nin özünə də sərf etmir. Eyni zamanda, ölkəmizi bölünməyə götürən prosesdir. Bu məsələdə MHP-nin geri çəkilməsi mümkün deyil.

İkinci məsələ “17-24 dekabr” prosesidir. Bu mövzu çox həssasdır. Təsəvvür edin ki, sabah AKP-MHP hökuməti quruldu və bundan az müddət sonra CHP həmin 4 nazirlə bağlı araşdırma tələbi irəli sürdü. Nə olacaq? MHP-nin deputatları bu nazirlərin istintaqa cəlb olunmasına yox deyəcək? Təbii ki, bu, mümkün deyil, bu özümüzü inkar olardı.

Yəni MHP-nin tələbləri əslində Konstitusiyanın tətbiq olunması deməkdir. Məhkəmə sisteminin iqtidarın təsirindən çıxaraq müstəqil olmasıdır. Müstəqil mühakimə qurulsun, onlar da mühakimə olunsunlar, AKP də bu ittihamlardan qurtulsun. Yəni ümumilikdə bu sadaladığım üç əsas istiqamətdə MHP-nin geri addım atması mümkün deyil.

– MHP daha əvvəlki seçkilərlə müqayisədə 3 faiz daha artıq səs qazandı. Amma siyasi şərhçilərə görə, növbədənkənar seçkilər Türkiyə üçün ağır olacaq, siyasi təşkilatlar yorğundur və ən mühüm, bir çox partiyalar səs itirə bilər. MHP bu risklərə hazırdırmı?  

“Türkiyənin yeni hökuməti Suriyanın hökuməti ilə birlikdə bu siyasi oyunlara qarşı fəaliyyət göstərməlidir. Çünki bu gün İraqın, Suriyanın bölünməsi sabah Türkiyə və İranın bölünməsi anlamına gəlir. Ona görə də bu bölgə ölkələri – Türkiyə, İran, İraq, Suriya bir araya gəlməklə həm İŞD deyilən qruplaşmaya qarşı, həm də bu ölkələrin bölünməməsi üçün əməkdaşlıq etməlidir”

 

– Yuxarıda qeyd etdiyim tələblər MHP ilə yanaşı, həm də ictimaiyyətin tələbləridir. Məsələn, AKP-nin 10 faiz civarında səs itirməsinin əsas səbəbi ölkə prezidentinin konstitusiyanın verdiyi səlahiyyətləri aşaraq, meydan-meydan gəzib AKP-yə səs istəməsi oldu. Biz isə istəyirik ki, prezident konstitusiyanın verdiyi səlahiyyətlərdən kənara çıxmasın. Yəni sabah yeni seçki qərarı olarsa, biz yenidən meydanlarda xalqa bunu deyəcəyik. Bizim daha artıq bir tələbimiz yoxdur, deyirik ki, prezident konstitusiyanın verdiyi səlahiyyətlər çərçivəsində hərəkət etməlidir. Kənara çıxmağa haqqı yoxdur. Korrupsiya varsa, yetimin, dövlətin malı oğurlanıb bir qisim insanlar varlanıbsa, bunların hesabı sorulmalıdır. Biz millətə bunu deyəcəyik. Yaxud da gördüyünüz kimi, ölkəmiz bir bölünmə nöqtəsindədir. PKK bəzi bölgələrdə demək olar ki, öz hakimiyyətini qurub. Bunlara “eyvallah” deyə bilmərik. Bütün bunları gözə alıb MHP-nin ehtimal olunan yeni seçimlərə hazır olduğunu deyə bilərəm.

– Bir məqama vurğu elədiniz. Bu gün İraqın şimalında kürd administrasiyası formalaşıb, ötən il isə Suriyanın şimalında kürd kantonları muxtariyyət elan etdilər. Və ABŞ hökuməti də bəyan etdi ki, bölgədə  kürdlərlə yaxından əməkdaşlıq edir. Hətta bu projenin İraq neftinin Aralıq dənizinə çıxarılmasını nəzərdə tutduğu qeyd olundu. AKP hökuməti isə buna qarşı olaraq Suriyanın şimalına ordu yeridilməsi planını irəli sürdü. Bu mövzuda MHP-nin mövqeyi necədir? Suriyanın şimalında kürdlərin neytrallaşdırılması üçün nə təklif edirsiniz?

– Bu mövzuda onu deyə bilərəm ki, AKP-nin xarici siyasəti iflas oldu. “Strateji dərinlik” adı ilə başlayan, “qonşularla sıfır problem” adı ilə davam edən, bir dönəm Suriya ilə ortaq nazirlər komitəsi qurmaq həddinə gələn xarici siyasətdən bu gün haraya gəlib çıxdığımız ortadadır. Türkiyənin milli birliyi təhlükəsizliyini, bütövlüyünü təhdid edən bir nöqtəyə gəlib çatmışıq. Dolayısı ilə AKP-nin xarici siyasəti iflas edib. Hazırda Suriya və İraqdakı proseslərə baxdığımızda, bölgədə bir oyunun addım-addım həyata keçdiyini görürük. Nədir bu oyun? Bir yəhudi İsrail var. Qafqazda isə bir Ermənistan var. Ermənistan ikinci bir İsrail kimi o bölgədə işləri aparır. İndi isə müsəlman ölkələrinin – Türkiyə, İran, İraq və Suriyanın arasında bir “müsəlman israil” yaradılması planı var. Oyun bundan ibarətdir. Baxırıq ki, bu plan addım-addım həyata keçirilir. İŞİD ötən il İraqın ikinci böyük şəhəri olan Mosulu ələ keçirdi, ancaq heç kimin səsi çıxmadı. Lakin nə zaman ki, İŞİD Ərbilə doğru, yəni İraqın şimalındakı kürd bölgəsinin mərkəzinə hücum etdi, o zaman Amerika İŞİD-i bombalamağa başladı. İŞİD İraqda türkmən qəsəbəsi Telaferi ələ keçirdi, şiə türkmənlər Bəsrəyə qədər dağıldı, digərləri isə başqa bölgələrdə pərişan halda qaldı. Yəni belə bir proses davam edir: İŞİD bir bölgəni ələ keçirir və orda xüsusən də türkmənlər və bir qisim ərəblərə qarşı etnik təmizləmə həyata keçirir. Ondan sonra isə Amerika oraları bombalayır və ardınca PKK-nın Suriya qolu olan YPG oralara hücum edərək ələ keçirir. Kobanidə, Tel Abyadda belə oldu və proses bu cür davam edir. İndi isə proseslər Afrin deyilən 3-cü kürd kantonunda davam edir. Bu üçünü birləşdirib bir koridor yaratmağa çalışırlar. O bölgədəki ərəb və türkmənlərə qarşı bir etnik təmizləmə siyasəti həyata keçirilir.

Yəni bu gün Türkiyənin etməli olduğu bu yanlış Suriya siyasətindən imtina etməkdir. Bu saatdan sonra isə bunu indiki hökumət həyata keçirə bilməz. Suriyanın hökuməti ilə birlikdə bu siyasi oyunlara qarşı fəaliyyət göstərmək lazımdır. Çünki bu gün İraqın, Suriyanın bölünməsi sabah Türkiyə və İranın bölünməsi anlamına gəlir. Ona görə də bu bölgə ölkələri – Türkiyə, İran, İraq, Suriya bir araya gəlməklə həm İŞD deyilən qruplaşmaya qarşı, həm də bu ölkələrin bölünməməsi üçün əməkdaşlıq etməlidir. Türkiyə də bütün gücü və imkanlarından istifadə etməklə – burda çox diqqətli olmaq lazımdır – ölkəmizi bir bataqlığa soxmadan, Türkiyə təsirli yayındırma gücündən istifadə edərək – Türkiyənin belə bir gücü var – Suriyaya ordu çıxarmadan belə, 20-30 km dərinlikləri belə havadan və qurudan atəş altında saxlamaqla hərbi fəaliyyətlərin qarşısını ala bilər. Ona görə də Türkiyənin bu məsələdə qərarlı bir siyasət tətbiq etməsi lazımdır. Digər tərəfdən də, yeni hökumət Suriya ilə əlaqələrini bərpa etməlidir.

– Bu arada qeyd etdiyiniz kimi, hazırda ən ağır durumda olan toplumlardan biri də İraq türkmənləridir. Bu mövzu Azərbaycanda da narahatlıqla qarşılanır. Böyük bir xalqın taleyi necə olacaq? MHP-nin türkmənlərə yardımla bağlı hansı təklifləri var?  

– Mətbuatda dünən də elanlar vardı. Bizim ictimai təşkilatlar, xüsusən də Ülkü Ocaqları kampaniyalar təşkil etməklə evlərindən didərgin salınmış türkmənlərin həm Türkiyəyə gələnlərinə, həm də İraqda qalanlarına müxtəlif növ yardımlar – yemək, geyim və sair – toplayıb göndərir. Eyni zamanda bizim oradakı türkmən məsullarla görüşlərimiz, danışıqlarımız olur, onların bizə bildirdikləri sıxıntılarını biz də müxtəlif kanallarla hökumətə çatdırırıq. Ancaq ümumilikdə bu problemlərin kökündən həll olunması üçün Türkiyənin xarici siyasətini yenidən gözdən keçirib, Ərdoğanın şəxsi istəklərinin, ideoloji baxışını təmin edilməsinə yönəlmiş xarici siyasət anlayışından, Türkiyənin maraqlarını əsas alan ənənəvi xarici siyasət anlayışına geri dönməsi lazımdır.

Kənan Rövşənoğlu, Ankara

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Arda Messiyə qonşu olur (FOTO)

Next Post

“Türk axını”nı əngəlləyən adam Bakıya niyə gəlib? – Şərh

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

“Türk axını”nı əngəlləyən adam Bakıya niyə gəlib? – Şərh

İŞİD-in Əfqanıstan lideri öldürüldü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.