Türkiyənin “Meteksan” şirkəti tərəfindən hazırlanan “Nazar” lazer elektron hücum sistemi sınaqlardan uğurla keçib.
Bu barədə “Meteksan” şirkətinin nümayəndəsi Aykut Kertmen Türkiyə mediasına açıqlamasında deyib.
O bildirib ki, son sınaqlar da başa çatdıqdan sonra “Nazar” 2022-ci ilin yanvar ayından Türkiyə Hərbi Dəniz Qüvvələrinin arsenalına təqdim ediləcək.





